Yaddas kitabcasi

Sağlam həyat tərzi

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində bir sıra maarifləndirmə tədbirləri keçirmişdir.
İlk tədbir həyatın başlanğıcında olan balacalarla keçirildi. İsmayıllı şəhər 3 saylı uşaq bağçası və körpələr evində “Sağlam həyat: qidalanma və diş gigiyenası” adlı təlim aparılmışdır. Təlimdə məktəbə hazırlıq qrupunda tərbiyə alan uşaqlar iştirak etmişlər. UADM–in işçiləri Gülnar Mikayılova. Ruziyyə Çələbiyeva, Ülkər Məhərrəmova uşaqlarla şəxsi gigiyenaya əməl etmək, qidalanmaq və dişlərə qulluq barədə söhbət aparmışlar. Təlimdə diş sağlamlığına aid video çarxlar da nümayiş olunmuşdur. Uşaqlar təlimdə çox fəal içtirak etmişlər. Musiqi müəlliməsi Lalə Kəbirovanın uşaqlarla birgə hazırladığı musiqili səhnəcik də maraqla izlənmişdir. Uşaqlar dişlərə qulluq haqqında bildiklərini dostları və müəllimləri ilə paylaşmışlar.
Diyallı və Cülyan kənd tam orta məktəblərində isə erkən nigah, qadın zorakılığı və yoluxucu xəstəliklərlə bağlı tədbir keçirilmişdir. Tədbirlərdə 9-11-ci siniflərdə oxuyan qızlar, məktəblərin müəlimələri iştirak etmişlər. Qadınlara qarşı zorakılığın qarşısının alınması, erkən nikahın fəsadları, yoluxucu xəstəliklərdən qorunma üsulları barədə geniş söhbət və müzakirələr aparılmışdır.
Eyni mövzularda təlim İsmayıllı UADM-in nəzdindəki Qadın İnformasiya Mərkəzində təşkil olunmuş kompyuter kursunun iştirakçıları olan evdar xanımlarla da keçirilmişdir.
Keçirilmiş tədbirlərin hamısında erkən nikah və QİÇS-lə bağlı videoçarxlar izlənilmiş, mövzularla bağlı iştirakçılara bukletlər paylanmışdır.
Maarifləndirmə işləri davam etdiriləcəkdir.
Gülnar Mikayılova,
İsmayıllı UADM-in metodisti

Şərh Yaz