Hamı fəal olmalıdır

Bu günlərdə Cülyan kənd tam orta məktəbində “Qlobal istiləşmə” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda məktəbin VIII-XI siniflərin şagirdləri, həmçinin müəllimləri iştirak edirdi. Tədbiri məktəbin ingilis dili müəlliməsi Aynur Rzayeva açıq elan etdi. Tədbirdə ilk öncə “Qlobal istiləşmə”, “Qlobal istiləşmənin törədə biləcəyi fəsadlar və ekoloji problemlər”ə həsr olunmuş film nümayiş etdirildi.
Sonra söz şagirdlərə verildi. Fatimə Əşrəfli “Qlobal istiləşmənin atmosferə təsiri”, Taleh Ağayev “Torpaq və onun qorunması, istifadə olunması”, “Xanım Əşrəfova “Suyun çirklənməsi, buna qarşı tədbirlər”, Nurlan Həkimli “Meşələrin qorunması”, Məhəmməd Həsənov “Zəlzələ və sunamilər” haqqında məlumat verdilər.
Şagirdlər həmin mövzuya həsr edilmiş kompozisiya da hazırlamışlar. Şagirdlər Həsən Hüseynov, Nuridə Qafarlı, Aydan Musayeva və Günel Novruzova “Dünya bizim evimizdir” mövzusunda bədii kompozisiya təqdim etdilər.
Sonda məktəbin direktoru Eyvaz Mursalov şagirdlərin fəal iştirakı ilə hazırlanan bu gözəl tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi. Təbiətin qorunmasında, yaşıllıqların artırılmasında, ağacların əkilməsində bütün insanları, o cümlədən məktəbliləri daha fəal olmağa çağırdı.
Xəzər Hüseynov,
Cülyan kənd tam orta məktəbinin VIII A sinif şagirdi

Şərh Yaz