Təhsil və təşviqat naminə idman

Təhsil və təşviqat naminə idman Noyabr ayının 15-də Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Pis vərdişlərə yox deyək” devizi altında rayon məktəblərinin idmançı şagirdləri arasında “Şən startlar” keçirilmişdir.Təhsil və təşviqat naminə idmanNoyabr ayının 15-də Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Pis vərdişlərə yox deyək” devizi altında rayon məktəblərinin idmançı şagirdləri arasında “Şən startlar” keçirilmişdir.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, UNİCEF-in direktoru cənab Mark Herevard, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədov, İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli iştirak etmişlər.
Açılış mərasimindən sonra şəhərin 1 və 5 saylı, eləcə də Qalacıq, Hacıhətəmli və İvanovka kənd tam orta məktəblərinin komandaları arasında yarış keçirilmişdir. Yarış yekunlaşdıqdan sonra qalib komandalar Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif edilmişlər.
N.Kərimov

Şərh Yaz