“Mənim payız kədərim”

Murad Məhərrəmov yenicə çapdan çıxmış şeirlər kitabını məhz belə adlandırmışdır. Bu, şairin oxucuları ilə ilk görüşüdür. Bundan əvvəl “Dağ çiçəkləri” ədəbi almanaxında da onun şeirləri yer almışdı. Əslinə qalanda, Murad müəllim özünün dediyi kimi, uşaqlıqdan yazır. Ancaq yazdıqlarını uzun zaman kimsəyə göstərməyib, bəlkə də utanıb, çəkinib, bəyənilməyəcəyindən qorxub. Yəqin sadaladıqlarımızdan hərəsindən bir az olub. Budur, hər bir yazarın çapına can atdığı kitab qarşımızdadır. Kitaba müxtəlif illərdə qələmə aldığı rəngarəng mövzulu şeirlər toplanmışdır. Murad Məhərrəmov yenicə çapdan çıxmış şeirlər kitabını məhz belə adlandırmışdır. Bu, şairin oxucuları ilə ilk görüşüdür. Bundan əvvəl “Dağ çiçəkləri” ədəbi almanaxında da onun şeirləri yer almışdı. Əslinə qalanda, Murad müəllim özünün dediyi kimi, uşaqlıqdan yazır. Ancaq yazdıqlarını uzun zaman kimsəyə göstərməyib, bəlkə də utanıb, çəkinib, bəyənilməyəcəyindən qorxub. Yəqin sadaladıqlarımızdan hərəsindən bir az olub. Budur, hər bir yazarın çapına can atdığı kitab qarşımızdadır. Kitaba müxtəlif illərdə qələmə aldığı rəngarəng mövzulu şeirlər toplanmışdır.
Murad müəllimin şeirləri həmişəyaşar mövzu olan məhəbbətə bələnib, əlbəttə, ilk yerdə vətən məhəbbəti durur. Ümumiyyətlə, hər bir yazar ilk öncə məhəbbət mövzusuna müraciət edir. Murad müəllim də bu dairədən çıxa bilməmişdir. Burada kitaba ön söz yazmış fəlsəfə doktoru, professor Səyyar Əliyevdən bir sitat gətirmək yerinə düşərdi. “M.Məhərrəmovun məzmunlu, mənalı, dolğun poetik sətirləri dərin rəğbətə layiqdir. O, həyata, insanlara, vətənə, torpağa olan məhəbbətini düşüncələri ilə hələ gənclik illərindən şeirə, sözə çevirmişdir”.
Şair yazır:
Bir yanda Qarabağ, bir yanda Təbriz,
Hər biri doğmadır, canımdan əziz.
Qaçqınım, köçkünüm qalıb Vətənsiz,
Gözdə gilələnən yaşımsan, Vətən!
Şairin təbiəti tərənnüm edən şeirləri də çoxdur. Onun şeirlərinin bir qismi dünyanın haqsızlıqlarına (“Barışa bilmirəm səninlə, dünya!”, “Belədi gidi dünya”, “Bizdən sonra qalan dünya” və sair) etiraz notları üzərində köklənmişdir. Doğma və əzizlərinə, dostlarına, onu əhatə edən mühitə, nümunə götürə biləcəyimiz insanlara həsr edilmiş şeirlər maraqlıdır.
Kitaba müxtəlif şeirlərlə yanaşı “Azərbaycan!” adlı lirik poema da daxil edilmişdir. Şairin bu kitaba daxil edilmiş şeirləri maraqla oxunur. Biz ayrı-ayrı şeirləri təhlil etmək fikrindən uzağıq, məqsədimiz oxucuları məlumatlandırmaqdır. Kitabı əldə edib oxuyan hər kəs bu şeirləri qiymətləndirə bilər. Bizə isə dostumuz Murad müəllimə yeni yaradıcılıq uğurları arzulamaq qalır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz