Məmmədov Fikrət Ağaməmməd oğlu

Məmmədov Fikrət  Ağaməmməd oğluİsmayıllı təhsilinə ağır itki üz vermişdir. Təcrübəli pedaqoq, səmimi yoldaş və dost olan Fikrət Məmmədov aramızdan getmişdir. Şəhər 1 saylı tam orta məktəbi təcrübəli bir müəllimini, gənc müəllimlərin hamisini itirmişdir.
Fikrət Ağaməmməd oğlu Məmmədov 1945-ci il iyulun 28-də İsmayılı rayonunun İsmayıllı kəndində kəndli ailəsində anadan olmuşdur. 1951-ci ildə İsmayıllı kənd ibtidai məktəbinə daxil olmuş və burada üçüncü sinfi bitirdikdən sonra təhsilini İsmayıllı qəsəbə orta məktəbində davam etdirmişdir.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) coğrafiya fakültəsinə daxil olmuşdur. 1964- 1967-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1971-ci ildə həmin universiteti bitirərək İsmayıllı şəhər 1 saylı orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. 1980-1984-cü illərdə rayon Tarix və Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində, 1984-86-cı illərdə şəhər 2 saylı orta məktəbində coğrafiya müəllimi işləmişdir.
Təcrübəli pedaqoq 1986-1996- cu illərdə İsmayıllı şəhər 1 saylı orta məktəbdə direktor müavini, 1997-99-cu illərdə şəhər şahmat məktəbində metodist işləmişdir. 1999-cu ildən 2011-ci ilədək şəhər 1 saylı orta məktəbdə coğrafiya fənnini tədris etmişdir. Fikrət müəllim 2011-ci ildə təqaüdə çıxmışdı.
Fikrət müəllim mehriban insan, qayğıkeş pedaqoq kimi onu tanıyanların və şagirdlərinin yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
şəhər 1 saylı tam orta məktəbinin pedaqoji kollektivi

Şərh Yaz