İstedadlar aşkarlanır

İstedadlar aşkarlanırNoyabr ayının 23-də Gənclər Mərkəzinin iclas zalında rayonun orta məktəblərini təmsil edən, “Şən və hazırcavablar klubu” adı ilə hazırlıqlarını sınayan komandalar üçün növbəti tur keçirilmişdir.
Yarış şəhər 1, 2, 5 saylı və Talıstan kənd orta məktəblərinin komandaları arasında keçirilmişdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli yarış iştirakçılarını, eləcə də onları dəstəkləyən azarkeşləri salamlamış, oyunun qaydaları barədə məlumat vermiş, komandalara uğurlar arzulamışdır. O qeyd etmişdir ki, bu qəbildən olan tədbirlər məktəblilərin bilik və bacarıqlarının aşkarlanmasına, istedadlı gənclərin aşkarlanmasına xidmət edir.
Beş mərhələ üzrə bilik və bacarıqlarını nümayiş etdirən komandalardan 5 saylı tam orta məktəb birinci, 1 saylı tam orta məktəb ikinci, Talıstan kənd tam orta məktəbi üçüncü olmuşdur.
Qaliblərə Gənclər və İdman İdarəsinin Fəxri fərmanları təqdim olunmuşdur.
Taleh Məhərrəmov,
Gİİ-nin əməkdaşı

Şərh Yaz