Sumqayıtlılar birinci oldular
Bir neçə gün əvvəl İsmayıllı Olimpiya-İdman Kompleksinin zalında idman məktəblərinin V respublika oyunlarının proqramına daxil edilən voleybol üzrə oğlanlar arasında final yarışı keçirilmişdir.
Yarışda Bakı-1, Bakı-2, Sumqayıt şəhər, Şəki, Cəlilabad, Masallı, Oğuz və Balakən rayon komandaları iştirak etmişlər.
Maraqlı mübarizə şəraitində keçən yarışda Sumqayıt komandası birinci olmuşdur. Şəki voleybolçuları ikinci, Masallı komandası üçüncü yeri tutmuşdur.![]()
10 nəfərdən artıq hakim və məşqçinin rəhbərliyi altında keçən yarımfinal və final yarışmasında 96 nəfər gənc bacarığını sınamış, 300-dən artıq izləyici iştirak etmişdir.
Namiq Kərimov,
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktor müavini
