Elan14 noyabr 2012-ci il tarixdə İsmayıllı rayonunun Qıçatan kəndində yaşayan, 26 mart 1937-ci il təvəllüdlü, Cavadov Əmirşah Saday oğlu evdən çıxaraq bir daha geri qayıtmamışdır.
Ə.S.Cavadovun əlamətləri aşağıdakı kimidir:
– boyu – 160 santimetr;
– gözlərinin rəngi – qəhvəyi;
– saçları –ağarmış;
Əmirşah Cavadov evdən çıxan zaman əynində göy rəngli uzunqol köynək, qara rəngdə şalvar, ayağında qara rəngli ayaqqabı olmuşdur.
Cavadov Əmirşah Saday oğlunu görənlərdən xahiş olunur 102, (020) 285 -55-11, (050) 554-14-24 nömrəli telefonlara məlumat versinlər.
İsmayıllı Rayon Polis Şöbəsi

Şərh Yaz