Sabitlik dönməz xarakter almışdır

Sabitlik dönməz xarakter almışdırİsmayıllı rayon polis şöbəsinin şəxsi heyəti cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələrini hesabat dövründə də böyük əzmlə yerinə yetirməyə çalışmış, rayonda daxili sabitlik dönməz xarakter almış, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanmışdır.
Qarşımıza qoyulmuş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə idarəçilik və təşkilatçılıq işinin günün tələbləri səviyyəsində qurulması, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsi, həvalə olunmuş sahəyə məsuliyyət hissinin və tələbkarlığın artırılması, fəaliyyətə mənfi təsir göstərən amillərin və mövcud çatışmazlıqların aradan qaldırılması, əməkdaşların peşə hazırlığının müasir tələblər baxımından artırılması, qanunçuluq, insan hüquq və azadlıqlarına riayət edilməsi işinə xüsusi önəm verilmişdir.
Belə ki, 2012-ci ilin 9 ayı ərzində rayon ərazisində 107 ümumi cinayət hadisəsi qeydə alınmışdır. Bunun 96-sı tamamlanmış və açıq kimi qeydiyyata düşmüşdür. Tamamlanmış işlər üzrə açılma 98 faiz olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz aşağıdır. Yəni 2011-ci ilin 9 ayı ərzində 90 ümumi cinayət hadisəsindən 86-si tamamlanmış və açıq kimi qeydiyyata düşmüşdür. Tamamlanmış işlər üzrə açılma isə 98,9 faiz olmuşdur. Baş vermiş 107 ümumi cinayət hadisəsindən 23-ü qeyri-aşkar şəraitdə baş vermiş, həmin cinayətlərin açılması 88,9 faizi təmin edilmişdir. Qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılmasında 100 faiz məxfi aparatın imkanlarından istifadə olunmuşdur.
İlin 9 ayı ərzində baş vermiş 107 cinayət hadisəsindən 10-u əvvəllər cinayət törətmiş şəxslər tərəfindən baş vermişdir ki, bunların da açılması 100 faiz təmin olunmuşdur.
Bu ilin 9 ayı ərzində qadınlar tərəfindən törədilmiş 4 cinayət hadisəsi qeydə alınmış, xarici vətəndaşlar tərəfindən 1 cinayət hadisəsi törədilmişdir ki, bunun da tam açılması təmin olunmuşdur.
Yetkinlik yaşına çatmayanlar tərəfindən 4 cinayət hadisəsi törədilmişdir ki, həmin cinayət hadisələrini də Qəbələ rayon Tüntül kənd sakini Səmədli Nofəl Nazim oğlu törətmişdir.
Həmin vaxt ərzində sərxoş vəziyyətdə 6 cinayət hadisəsi qeydə alınmış və açılması tam təmin olunmuşdur.
İlin 9 ayı ərzində qəsdən adam öldürmə bir, az ağır cinayətlər 12, qəsdən sağlamlığa yüngül zərər vurma və döymə 4, oğurluq 2, o cümlədən mal-qara oğurluğu 4, dələduzluq 6, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 3, xuliqanlıq kimi cinayətlər bir fakt artmışdır.
Ağır və xüsusilə ağır cinayətlər 4, qəsdən sağlamlığa az ağır zərər vurma 4, dövlət və bələdiyyə əmlakını talama 2, o cümlədən mənzillərdən 5, mənimsəmə və israf etmə 1, ekoloji cinayətlər 3, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi 2, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər bir fakt azalmışdır.
Adam öldürməyə cəhd, mənimsəmə və israf etmə, adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyatın qaçırılması, adamları girov götürmə, qaçaqmalçılıq, banditizim və cinayətkar birlik yaratma, insan alveri ilə bağlı cinayətlər, rüşvət cinayətləri, Ədliyyə nazirliyi, Fövqəladə hallar nazirliyi, Dövlət kömrük komitəsi, Sərhəd xidməti üzrə heç bir cinayət hadisəsi qeydə alınmamışdır.
2012-ci ilin 9 ayı ərzində İsmayıllı RPŞ-in İTB-nin sahə inspektorları tərəfindən qeydiyyata götürülmüş münaqişəli ailələr tərəfindən cinayət hadisəsi törədilməmişdir.
Axtarışda olan cinayətkarların tutulması, xəbərsiz itgin düşmüş şəxslərin tapılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hesabat dövründə 4 nəfər axtarışda olan cinayətkardan 3-ü tutularaq aidiyyatı üzrə təhvil verilmişdir ki, bunun da açılma faizi 75 faiz təşkil edir.
2012-ci ilin 9 ayı ərzində şöbəmiz tərəfindən 4 nəfər xəbərsiz itkin düşmüş şəxs axtarış edilmişdir. Həmin şəxslərdən 2 nəfəri tapılaraq ailəsinə təhvil verilmiş bir nəfər itgin düşmüş kimi axtarışda olan şəxs məhkəmə tərəfindən ölmüş hesab edildiyi üçün axtarış işi xitam edilmişdir. Hal-hazırda İsmayıllı RPŞ-si tərəfindən bir nəfər xəbərsiz itgin düşmüş şəxs axtarılır.
İsmayıllı RPŞ-nin şəxsi heyəti bütün qüvvə və vasitələrdən səmərəli istifadə edərək, rayonda sabitliyin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə bundan sonra da qətiyyətli və ardıcıl mübarizə aparacaqdır.
Nizami Qocayev
İsmayıllı RPŞ-nin rəisi, polis polkovniki

Şərh Yaz