Təşəkkür edirik

Təşəkkür edirikHörmətli deputatımız Novruzəli Aslanovun seçiciləri ilə tez-tez görüşməsinin, onların problemlərinin həll edilməsində yaxından iştirak etməsinin dəfələrlə şahidi olmuşuq. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, millət vəkili orada olmasın. O, bir ziyalı kimi, hər yerdə ilk növbədə uşaqların qayğıları, elmə, təhsilə münasibətləri ilə maraqlanır. Novruzəli müəllim bu dəfə üzünü Şəbiyan kənd ümumi orta məktəbinin şagirdlərinə tutdu.
Respublika Qızıl Aypara Cəmiyyətinin xətti ilə məktəbimizdə təhsil alan, Şəbiyan, Bilistan və Bəhliyan kəndlərindən, aztəminatlı ailələrdən olan 18 şagirdə məktəbli forması hədiyyə etməsi şagirdlərin, onların valideynlərinin, eləcə də müəllimlərin böyük sevincinə səbəb olmuşdur.
İndi hamı məktəbə vahid məktəbli formasında gəlir. Məktəbin direktoru kimi, öz adımdan, müəllimlərin, şagirdlərin və valideynlərin adından Novruzəli müəllimə, rəhbərlik etdiyi cəmiyyətin işçilərinə minnətdarlıq və təşəkkürümü bildirirəm.
Ümidvarıq ki, şagirdlər bu qayğını dəyərləndirəcək, daha yaxşı oxuyacaqlar.
Sonda bu sevindirici xəbəri də yazıya əlavə etməyi yerinə düşmüş hesab edirəm. Cari dərs ilinin başlanğıcında Qızıl Aypara Cəmiyyətinin xətti ilə rayonumuzdan 60 məktəbliyə vahid forma geyinməyin sevinci nəsib olmuşdur.
Novruz Bağırov,
Şəbiyan kənd ümumi orta məktəbinin direktoru

Şərh Yaz