Azərbaycan-Yaponiya və İto-İsmayıllı

Azərbaycan-Yaponiya və İto-İsmayıllıOktyabr ayının 27-də Yaponiyanın Azərbaycandakı Fövqəlarə və Səlahiyyətli Səfiri cənab Şusuke Vatanabenin rəhbərliyi ilə İsmayıllı şəhəri ilə “qardaşlaşma” əlaqələrinin qurulması nəzərdə tutulan Yaponiyanın Şizioka prefekturasının İto şəhərindən nümayəndə heyəti İsmayıllı rayonuna səfər etmişdir.
Nümayəndə heyətinin tərkibində İto şəhərinin meri cənab Hiromi Tsukuda, İto şəhərinin planlaşdırma departamentinin rəhbəri cənab Hitoşi Siqimoto, İto şəhərinin Kənd Təsərrüfatı Komitəsinin üzvü, İto şəhər Liberal Demokratik Partiyasının rayon rəhbəri Masahito İnaba, “Kosuqi Zohen Co.” MM Şirkətinin Prezidenti cənab Saki Kosuqi və Səfirin həyat yoldaşı Atsuka Vatanabe olmuşdur.
Azərbaycan-Yaponiya və İto-İsmayıllıQonaqlar ilk öncə Heydər Əliyev Mərkəzində olmuşlar. Onlar Mərkəzin birinci mərtəbəsində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən bölmə ilə tanış olmuşlar. Daha sonra qonaqlar burada fəaliyyət göstərən dərnəklərin işi ilə maraqlanmış, dərnək üzvlərinin yüksək zövqlə hazırladıqları əl işlərinə baxış keçirmişlər.
Mərkəzin əməkdaşı qonaqlara Lahıcın xalçaları və misgərlik nümunələri, Basqalın kəlağayısı haqqında ətraflı məlumat vermişdir. İto şəhərinin meri cənab Hiromi Tsukudanı ən çox heyrətə gətirən isə Basqal kəlağayısının istənilən üzükdən keçməsi, vaxtı bitmiş ərzaq məhsullarından, meyvə tumlarından və müxtəlif rəngli, xırda daşlardan hazırlanmış suvenirlər oldu.
Nümayəndə heyəti Mərkəzin elektron kitabxanası, kitab fondu ilə tanış olmuşdur.
Azərbaycan-Yaponiya və İto-İsmayıllıSəfər proqramı çərçivəsində qonaqlar İsmayıllıda şəhər mərkəzini gəzmiş Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti başçısı cənab Nizami Ələkbərovla görüşmüşmüşlər. Heydər Əliyev adına Parkı gəzən qonaqlar parkın bir guşəsini bəzəyən Azərbaycan-Yaponiya və İto-İsmayıllı“Yapon bağı”nı ziyarət etmiş, parkda yerləşən İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyindəki eksponatlarla tanış olmuşlar.
Yaponiyalı qonaqlar İsmayıllının gözəlliklərindən, onun qədim tarixindən, xüsusilə də bu günündən xoş ovqata və maraqlı təəssüratlara sahib olduqlarını söyləmişlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz