Elektron lövhələrlə təhsil

Elektron lövhələrlə təhsilAğdaş Özəl Türk Liseyində elektron lövhələrin təqdimatı olub. Lövhələr üzdən sadə maket lövhələri kimi görünür, ancaq taxta lövhələrdən fərqli olaraq müasir kompüter rolunu oynayır.
Təqdimatda Ağdaş təhsil şöbəsinin müdiri Lürvi Paşayev, Ağdaş RİH-nin nümayəndəsi Qalib Həsənov, yaxın rayonların təhsil şöbələrinin nümayəndələri, məktəb direktorları iştirak ediblər. Onlar, liseydə tam müasir standartlara cavab verən elektron lövhələrlə tanış olublar. Tədbirdə çıxış edən liseyin müdiri Ramazan Tomay liseyin maddi-teхniki bazasınının genişləndirilməsinə dair görülən işlər haqqında ətraflı məlumat verib. O bildirib ki, Ağdaş özəl türk liseyi tədris prosesində informasiya teхnologiyaları vasitələrindən geniş istifadə edir və istifadə olunan kompüter, video, audio və s. cihazların müntəzəm olaraq yeniləndirilməsi qayğısına qalır. Bütün fənn otaqları, laboratoriyalar ən müasir elektron cihazrlarla təchiz olunub. Bütün bunlar tədris prosesində istifadə ediləcək lazımi proqramlarla təchiz edilib və bu dərs ilindən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadəsinə başladıqlarını bildirib. 15 ədəd elektron «ağıllı lövhələr» alınaraq siniflərə quraşdırıldığını nəzərə çatdıran müdir lövhələr haqqında məlumat verib. Bildirib ki, bu ellekton lövhələr, şagirdlərin daha yüksək şəkildə təhsil almaları və tam müasir biliklərə yiyələnmələri üçün çox vacib bir vasitədir. Həmin elekton lövhələr barmaqla idarə olunur. Tədbir əsnasında qonaqlara elektron lövhələr üzərində praktik olaraq müxtəlif fənlərin dərs nümunələri göstərilmişdir.
Övladlarınızın hər cür elektron təhsil avadanlıqları ilə təchiz olunmuş Ağdaş Özəl Türk Liseyində təhsil almasını istəyirsizsə, bu ünvana – Ağdaş şəhəri, Heydər Əliyev prospekti 100-ə müraciət edə bilərsiniz.
Əlaqə telefonu: (193) 5-50-65. email: agdas@cag.edu.az
Ağdaş Özəl Türk Liseyi

Şərh Yaz