Əhalinin sosial müdafiəsi gücləndirilir

Əhalinin sosial müdafiəsi gücləndirilirAzərbaycanda sosial sahənin inkişafı ilə bağlı dövlət siyasətinin əsası məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əlillərə, şəhid ailələrinə, sosial pensiyaçılara, imkansız ailələrə, tənha ahıllara və digər aztəminatlı təbəqələrə göstərilən qayğıkeşlik missiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq və aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı Fərman və Sərəncamlar nəticəsində respublikamızda sosial müavinətlərin məbləği son illərdə bir neçə dəfə artırılıb. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması aparılan uğurlu siyasətin əsas istiqamətlərindən biridir.
Dövlət başçısının aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə uyğun olaraq respublika üzrə aztəminatlı ailələrə ünvanlı sosial yardım verilir. Bu sahədə bizim rayonda da bir sıra mühüm işlər görülmüşdür. Ötən dövr ərzində rayon üzrə 1673 ailənin 7647 üzvünə sosial yardım verilib. Ailəyə düşən orta aylıq məbləğ 101.79 manat, adambaşına düşən orta aylıq məbləğ isə 22.26 manat olmuşdur. 9 ay ərzində 1 milyon 783869 manat vəsait ödənilmişdir.
Ünvanlı sosial yardım almaq hüququ olan ailələrə yardım təyin edilməsi işi davam etdirilir.
İsmayıllı rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 01 oktyabr 2012-ci il tarixə 3582 nəfərə sosial müavinət ödənilir. Sosial müavinət alanlardan:
18 yaşa kimi əlillər – 1087 nəfər;
Ümumi səbəbdən əlillər- 1319 nəfər;
Ailə başçısını itirənlər – 151 nəfər -304 uşaq;
Yaşa görə – 43 nəfər;
Şəhid ailəsi – 17 nəfər;
Qəyyumlar – 6 nəfər – 8 uşaq;
Müharibə veteranları – 425 nəfər;
Müharibə əlillərinə Prezident təqaüdü – 205 nəfər;
Müharibə əlili ailəsi -122 ana – 281 uşaq;
Çernobıl AES -10 ana – 18 uşaq;
1 yaşadək uşaqlar – 45 ana- 46 uşaq;
Şəhid ailəsinə verilən Prezident təqaüdü 146 şəhid – 241 ailə üzvü;
Ötən dövr ərzində 2 nəfər tam olmayan stajı ilə Dövlət qulluqçusu kimi müavinət, 7 nəfər Əməkdar fəxri ada görə müavinət alan olmuşdur.
2012-ci ilin 9 ayı ərzində yeni doğulan 593 uşağa görə 575 nəfərə 49901 manat ödəniş aparılmışdır.
Sosial müavinətlərin ödənişi Bankomat (Beynəlxalq Bank), Kapital Bank və Poçtampt vasitəsilə aparılmışdır.
Bu ilin 9 ayı ərzində sosial müavinətlərə 1 milyon 814790 manat ödəniş aparılmışdır.
Ötən dövr ərzində 36 nəfər Çernobıl əlilinə 6160 manat müalicə xərci, 15 nəfər müharibə əlilinə və onlara bərabər tutulanlara isə maşın alana qədər 255 manat məbləğində kompensasiya ödənilmişdir.
Mərkəzin sosial məişət xidməti sektoru rayon ərazisində 231 nəfər ahıl və əlil vətəndaşa evlərində sosial məişət xidməti göstərir. Xidmət göstərilənlərdən 33 nəfəri kişi, 198 nəfəri isə qadındır.
Qeydiyyatda olan ahıl vətəndaşların 193 nəfəri 70 yaşından yuxarı olanlardır. Xidmət göstərilənlərdən 65 nəfəri şəhər və qəsəbələrdə, 166 nəfəri isə kənd yerlərində yaşayanlardır.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında“ Fərmanının 3.1-ci bəndinin icrası olaraq mərkəzin məsul işçiləri elektron imza sertifikatı ilə təmin olunub. Bununla yanaşı “Ünvanlı dövlət sosial yardımının təyinatında nəzarətin güclən-dirilməsi və ödənişin təkmilləşdirilməsi barədə “Nazirliyin 2012-ci il 15 may tarixli əmrinə əsasən ünvanlı dövlət sosial yardımının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılmasına başlanıb.
Məlum olduğu kimi, aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə və onların mövcud daxili resurslarından istifadə olunmaqla köməklik göstərilməsi məqsədilə hazırlanan Özünədəstək-Birdəfəlik ünvanlı sosial yardım layihəsi ilə bağlı sınaq işlərinə 2012-ci ilin mart ayından 30 ailədə başlanmışdır. Aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi nəticəsində dövlətin sosial yardımından asılılığını aradan qaldırmaq və yoxsulluqdan çıxarılmasına şərait yaradılması əsas hədəflərdən biridir. Belə ki, aztəminatlı ailələrin potensialları nəzərə alınmaqla aktiv sosial müdafiə proqramlarına cəlb olunması yolu ilə onların özünütəminetmə imkanlarına malik olması üçün “Özünədəstək“ layihəsinin icrası işləri uğurla davam etdirilir. Eyni zamanda, bu sahədə yeni addım kimi cari ildən ölkəmizdə ilk dəfə olaraq aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi üçün hazırlıq işləri aparılır.
Yaxın perspektiv üçün ikiqat səmərəli olacağı gözlənilən bu proqram ilkin mərhələdə müvafiq potensiallara malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmələrinə və güzəştli kreditlərdən faydalanaraq yoxsulluq səviyyəsindən çıxmalarına imkan verəcək. Növbəti mərhələdə bu təsərrüfatların mütəmadi genişlənməsi ailələrin gəlirlərində artıma səbəb olmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına və təsərrüfat sahibi tərəfindən yeni işçilərin işə qəbuluna şərait yaradacaqdır.
Bundan sonra da üzərimizə düşən vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə səy göstərəcək, dövlətin sosial siyasətinin rayon miqyasında yüksək səviyyədə həyata keçməsini təmin edəcəyik.
Çingiz Əliyev,
İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru

Şərh Yaz