Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli

Zəlzələ zamanı və ondan sonra hər bir vətəndaş özünümüdafiə məqsədilə düzgün hərəkətlərə dair biliyə malik olmalıdır. Belə vəziyyətlərdə ən böyük prioritet insanların təhlükəsizliyidir.Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Azərbaycan Respublikasının ərazisi dünyanın seysmik cəhətdən ən aktiv qurşaqlarından biri olan Alp-Himalay qırışıqlıq qurşağının mərkəz hissəsində yerləşir. Məhz bu səbəbdən vaxtaşırı olaraq respublikamızın ərazisində müxtəlif intensivlikli zəlzələlər baş verir. Azərbaycanın seysmik cəhətdən səciyyələnən zonalarına Böyük Qafqazın cənub yamacı, Naxçıvan, Yuxarı Qarabağ, Gəncə-Qazax, Bakı şəhəri, eləcə də Xəzər dənizinin Xudat-Xaçmaz sahilyanı əraziləri aiddir.Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Dünya təcrübəsi göstərmişdir ki, əhalinin zəlzələ təhlükəsizliyi yalnız seysmik xidmət sahəsində çalışan mütəxəssislərin keyfiyyətli işindən asılı deyildir. Ümumiyyətlə, bu sahədə görülən işlərin səviyyəsindən, yəni əhalinin zəlzələ haqqında olan biliyindən və onların psixoloji cəhətdən bu hadisəyə nə dərəcədə hazır olmalarından asılıdır. Zəlzələyə məruz qalan ərazilərdə əhalinin təhlükəsizliyi, müəyyən mənada ən çox elə onların özlərindən asılıdır.Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Yeraltı təkanlar bina və qurğuları silkələdikcə daş və kərpiclərin, şüşə qırıntılarının və ev əşyalarının tökülməsinə, divar və tavanların dağılmasına və s. səbəb olur ki, bu da insanların xəsarət alması ilə nəticələnir.
Təcrübə göstərir ki, əksər hallarda insanlar ləng tərpəndiklərinə görə binanın silkələnməsi zamanı tavandan, divardan və s. tökülən əşya və qırıntılardan xəsarət alırlar.
Beləliklə, zəlzələ ilə harada və nə vaxt üzləşəcəyinizdən asılı olmayaraq aşağıdakıları bilmək və yadda saxlamaq vacibdir:
Zəlzələyə hazırlıq mərhələsi
Hər bir insan evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman özünü necə aparmaq qaydalarını, eləcə də edə biləcəyi və etməli olduğu hərəkətləri bilməlidir. Hazırlıq işlərinin bir necə gün ərzində aparılması qeyri-mümkündür. Lakin bu istiqamətdə atılan hər bir addım çox vacibdir.
Zəlzələyə hazırlıq mərhələsində bütün ailə üzvlərinin iştirakı ilə yığıncaq keçirilməli, zəlzələdən əvvəl aparılacaq hazırlıqlar, zəlzələ vaxtı və ondan sonra görüləcək işlər müzakirə olunmalıdır. Bu zaman mənzilin hər bir otağı nəzərdən keçirilməli və zəlzələ zamanı hansı əşyaların uçaraq, aşaraq və ya sürüşüb düşərək təhlükə yarada biləcəyi müəyyən edilməlidir. Ailə üzvlərinin yatdığı, yemək yediyi və işlədiyi otaqlar nəzərdən keçirilməli, görülməli işlər siyahıya alınmalı və yarana biləcək təhlükə əvvəlcədən tam aradan qaldırılmalıdır.
Yadda saxlayın:
– mənzildə yuxarıda yerləşdirilmiş ağır əşyalar ən qısa boylu ailə üzvünün boyundan aşağı bir yerə endirilməlidir;
– mebellər (mətbəx şkafları da daxil olmaqla) divara kip şəkildə bərkidilməli, zəlzələ zamanı mebel və mətbəx şkafının qapılarının açılmaması üçün onlar bağlanmalı və ya kilidlənməlidir;
– ağır əşyalar, qaz balonları və suqızdırıcılar möhkəm bərkidilməlidir;
– pəncərənin qarşısında yerləşən yataq mebellərinin yerləri dəyişdirilməlidir;
– işıqlandırma avadanlıqları tavana möhkəm bərkidilməlidir;
– divarlara asılan çərçivələr vintlə möhkəm bağlanmalıdır;
– təhlükəli (zəhərli, yana və partlaya bilən) maddələrə nəzarət edilməli və etibarlı yerdə saxlanılmalıdır.
Vacib sənədlər
Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Fəlakətdən sonra evinizə bir müddət girə bilməyəcəyinizi nəzərə alaraq vacib sənədlərin (doğum haqqında şəhadətnamə, vəsiyyətnamə, şəxsiyyət vəsiqəsi, diplom, pasport, kredit kartı və digər lazım bildiyiniz sənədlər) itməməsi üçün onların surətləri əvvəlcədən çıxardılmalıdır. Qeyd edilən sənədlərin sürətlərini yaşadığınız yerdən kənarda, digər regionda yaşayan qohumlarınızda və ya münasib bildiyiniz sukeçirməyən torbada, çantada, həmçinin avtomobillərin baqajında (arxa yük hissəsində) saxlaya bilərsiniz.
Su və Yemək
Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Zəlzələ zamanı su boruları sıradan çıxa bilər. Bu da insanların susuz qalması ilə nəticələnər. Bunun qarşısını almaq üçün zəlzələdən sonra (bir adam üçün gün ərzində 4 litr) su ehtiyatı yığmaq lazımdır. Bu su içmək, yemək hazırlamaq, diş yumaq, az miqdarda qab yumaq üçün sərf olunmalıdır. Yığılan su ehtiyatının qabı şüşədən olmalı, ağzı kip bağlanmalı və günəş şüalarının birbaşa düşdüyü yerdən kənarda saxlanılmalıdır.
Su qədər ərzaq məhsulları da insanların gündəlik tələbatını ödəmək üçün vacib hesab olunan şərtlərdən biridir. Bir insan üçün 3 günlük ərzaq tədarükü olmalıdır. Ərzaq tədarük etdikdə əsasən, onun kalorisinə və daha uzun müddət saxlanılmasına diqqət yetirmək lazımdır. Ərzaq quru və qaranlıq yerdə saxlanılmalıdır.
Lazımı avadanlıqlar
Zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli
Zəlzələdən sonra çıxış yolunu tapmağa çalışarkən əllərinizi və ayaqlarınızı qorumalısınız. Bunun üçün çarpayınızın yanında fənər, iş əlcəyi, ayaqqabı saxlamalısınız. Bütün bu əşyaları plastik torbada çarpayınızın yanında elə bir yerdə saxlayın ki, zəlzələni hiss etdiyiniz anda əliniz çata bilsin.
(Ardı var)
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektoru

Şərh Yaz