Bələdiyyələr doqquz ayda

İl yekunlaşmaq üzrədir. Hər bir təşkilatın gəlir-çıxarını üzə çıxarmaq zamanıdır. Bəs bələdiyyələr necə işləmişlər? Suala cavab vermək üçün doqquz ayın yekunlarını nəzərdən keçirmək lazımdır. Rayonda 36 bələdiyyə fəaliyyət göstərir. Arxada qalan doqquz ayda bələdiyyələrin gəlirləri 470 min manat təşkil etmişdir. Bu gəlirlərin 138,9 min manatı (29,6 faiz) vergilərdən daxilolmalar, 331,1 min manatı (70,4 faiz) isə qeyri-vergi gəlirlərindən ibarət olmuşdur. İlin doqquz ayında bələdiyyələr 62,5 min manat torpaq vergisi, 7,9 min manat əmlak vergisi toplamışlar. Hesabat dövründə bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən 212,3 min manat, bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən 60,7 min manat gəlir əldə edilmişdir.
Ümumilikdə, doqquz ayda bələdiyyələrin xərcləri 454,3 min manat təşkil etmişdir. Abadlıq işlərinə 220 min manat sərf olunmuşdur. Müasir dövrümüzdə bələdiyyələrin aparıcı qüvvəyə çevrilməsinin şahidi oluruq. Odur ki, bələdiyyələr mövcud imkanlarını işə salıb, yaşayış məntəqələrinin problemlərini həll etməlidirlər. Bu sahədə istifadə edilməmiş ehtiyatlar hələ də qalmaqdadır.
Ə.Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi.

Şərh Yaz