Yeni sədr seçilmişdir

Okyabr ayının 31-də İsmayıllı bələdiyyəsinin növbəti iclası keçirilmişdir. İclasın gündəliyindəki məsələlərdən ikisi təşkilati məsələ olmuşdur. Səhhətindəki narahatçılığı əsas göstərməklə bələdiyyənin sədri vəzifəsindən azad olunmasını xahiş edən Məcidov Vüsal Bəhmən oğlunun ərizəsi dinlənilmiş və qəbul olunmuşdur.
Bələdiyyənin sədr müavini vəzifəsini icra edən Məmmədov Fəqan Əsədullah oğlunun bələdiyyə sədri vəzifəsinə namizədliyi iclas iştirakçıları tərəfindən yekdilliklə bəyənilmişdir.
İclasa sədrlik edən bələdiyyə üzvü Qüdrət Kazımov sədrin müavini seçilmişdir. O, V.Məcidova səhhətində sağlamlıq, F.Məmmədovun sədrliyi ilə İsmayıllı bələdiyyəsinə uğurlar arzulamışdır.
“İsmayıllı xəbərləri”

Şərh Yaz