Yaddas kitabcasi

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısına

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısınaHörmətli Nizami Həsən oğlu!
Amatanın nümayəndə heyətini 29 avqust -3 sentyabr 2012-ci il tarixdə yüksək səviyyədə qəbul etdiyinizə görə Amata Diyar Şurası adından şəxsən Sizə və İsmayıllı rayon İcra Hakimiyyətinin bütün rəhbərliyinə ürəkdən təşəkkür edirəm.
İsmayıllı rayonu və Amata diyarı iqtisadi-inkişaf, sosial və mədəni sahələrində yüksəlişi təmin etmək, potensialları üzə çıxarmaq məqsədilə 2011-ci ildə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalamışdır. Biz əməkdaşlığımızı yüksək qiymətləndirir və əmin oluruq ki, gələcəkdə birgə layihələri müvəffəqiyyətlə həyata keçirəcəyik.
Sizi və İcra Hakimiyyətinin iki nümayəndəsini bu ilin 16-19 noyabr günlərində Latviyanın Müstəqillik Gününün bizimlə birgə bayram edilməsinə dəvət edirik. Səfərinizin proqramı oktyabr ayında ünvanınıza göndəriləcəkdir.
Elita Eqlite,
Latviya Respublikası Amata Diyar Şurasının sədri

Şərh Yaz