Təltiflər, təbriklər

Təltiflər, təbriklərAzərbaycan Respublikasının bir qrup təhsil işçisinə Əməkdar müəllim fəxri adının verilməsi ilə əlaqədar ölkə prezidenti İlham Əliyev 1 oktyabr 2012-ci il tarixdə Sərəncam imzalamışdır. İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin riyaziyyat müəllimi Kazımov İzhar Məmmədkazım oğlu da bu fəxri ada layiq görülmüşdür.
Əməkdar müəllim adı alması münasibəti ilə İzhar Kazımovu həmkarları, yetirmələri, şagirdləri və rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

Təltiflər, təbriklərAzərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə həmyerlimiz Cəbiyev Qafar Cəfər oğlu Əməkdar jurnalist fəxri adına layiq görülmüşdür.
Hörmətli alimi, tanınmış tarixçini, qələm dostumuz Qafar Cəbiyevi rayon ictimaiyyəti və oxucularımız adından ürəkdən təbik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz