İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildi

İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildiOktyabr ayının 5-də İsmayıllı şəhərində Azərbaycan Cüdo Federasiyasının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovla Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Peter Seysenbaxer arasında müqavilə imzalanıb.
Rəsmi nümayəndələr öncə ulu öndərin Mərkəzi meydandakı abidəsi önünə tər qızılgüllər düzmüş, Heydər Əliyev Mərkəzini ziyarət etməkdən, buradakı tarixi sənədlər və eksponatlarla, eləcə də Mərkəzdə fəaliyyətdə olan dərnəklərin işi ilə tanışlıqdan məmnun olduqlarını bildirmişlər.İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildiOktyabr ayının 5-də İsmayıllı şəhərində Azərbaycan Cüdo Federasiyasının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovla Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Peter Seysenbaxer arasında müqavilə imzalanıb.
Rəsmi nümayəndələr öncə ulu öndərin Mərkəzi meydandakı abidəsi önünə tər qızılgüllər düzmüş, Heydər Əliyev Mərkəzini ziyarət etməkdən, buradakı tarixi sənədlər və eksponatlarla, İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildieləcə də Mərkəzdə fəaliyyətdə olan dərnəklərin işi ilə tanışlıqdan məmnun olduqlarını bildirmişlər.
Ənənəyə görə Mərkəzi ilk dəfə ziyarət edən rəsmi qonaqlara burada dərnək üzvləri tərəfindən hazırlanmış əl işlərindən hədiyyə edilir. İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildiMəşqçiyə “Qız qalası” tablosu təqdim olundu.
Bundan sonra nazir F.Ələkbərov və məşqçi P.Seysenbaxer müqavilə imzalama mərasimində oldular İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildivə bağlanan müqavilənin əhəmiyyət kəsb edən bəzi cəhətlərinə toxundular.İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildi
Peter Seysenbaxerlə dörd il müddətinə bağlanan müqaviləyə əsasən, o, cüdo üzrə Azərbaycan milli komandasını 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarına hazırlayacaq. Peter Seysenbaxer Azərbaycanın kişilərdən ibarət milli komandasının gücləndirilməsi ilə yanaşı, yeniyetmə və gənclərdən ibarət milli komandanın formalaşdırılmasına da cavabdehlik daşıyacaq.
P.Seysenbaxer qadın cüdo məktəbinin inkişaf etdirilməsi, peşəkar məşqçi və hakim heyətinin hazırlanması prosesinin təkmilləşdirilməsi sahəsində də fəaliyyət göstərəcək. Avstriyalı məşhur cüdoçu ölkənin müxtəlif regionlarından istedadlı yeniyetmə və gənclərin aşkar olunaraq, onların peşəkar idmançı kimi yetişdirilməsi, həmçinin respublikada cüdo idman növünün kütləvi xarakter alması üçün görülən işlərdə də çalışacaq.
İsmayıllıda keçirilən tədbirdə Cüdo Mərkəzinin inşa olunacağını deyən nazir Füzuli Ələkbərov beynəlxalq turnirlərdə mühüm qələbələrə imza atan milli cüdo yığmasının peşəkarlığının daha da yüksəldilməsinin əsas məqsədlərdən olduğunu qeyd etdi.
Mərkəzin konfrans zalında keçirilən ımzalama mərasimindən sonra nümayəndə heyəti Cüdo Mərkəzinin inşa olunacağı əraziyə gəldi və burada yeni mərkəzin təməli qoyuldu.İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildi
İsmayıllı şəhərinin şərqdən girişində, Nizami küçəsinin şimalında təməli qoyulan binanın ölçüləri 24.30 x 46.40 metrdir. 3 mərtəbəli bu idman ocağının hər mərtəbəsi 1190 kvadratmetr sahəni əhatə edəcək. Zirzəmi ilə birlikdə 3570 kvadratmetr sahəsi olacaq binada 74 nəfərin eyni vaxtda dincələ bilməsi üçün hər cür şəraiti olan otaqlar nəzərdə tutulub.
Tikinti beynəlxalq standartlara uyğun plana malikdir. Burada 808 kvadratmetr sahəsi olan cüdo zalı ilə yanaşı, konfrans zalı və hətta muzey də olacaqdır. Baş plana uyğun olaraq əsas binadan əlavə kotteclər, qazanxana və nasosxana, avtomobil dayanacaqları, mini-futbol meydançası, basketbol, voleybol, tennis, həndbol meydançaları da tikiləcəkdir. İsmayıllıda Cüdo Mərkəzinin inşasına start verildi
Sonra rəsmi qonaqların iştirakı ilə İsmayıllı Olimpiya-İdman Kompleksində gənc cüdoçuların təlim-məşq prosesinə baxış keçirilmişdir.
Məlumat üçün bildirək ki, 1993-cü ildən məşqçilik fəaliyyətinə başlayan Peter Seysenbaxer əvvəllər Macarıstanın cüdo üzrə Olimpiya komandasının baş məşqçisi vəzifəsində çalışıb. 2001-ci ildən 2010-cu ilə qədər “Vyana Budoklub”un baş məşqçisi olan Peter Seysenbaxer 2010-cu ildən Gürcüstannın cüdo üzrə milli komandasına rəhbərlik edib. Son olaraq məhz Gürcüstan yığmasını çalışdıran Peter Seysenbaxerin XXX London Yay Olimpiya oyunlarından sonra bu ölkənin Cüdo Federasiyası ilə müqaviləsinin müddəti başa çatıb.
Ş.Soltanov

Şərh Yaz