İvanovkada mini futbol meydançası

İvanovkada mini futbol meydançası20 sentyabr 2012-ci il tarixdə İvanovka kənd tam orta məktəbinin həyətində böyük izdiham vardı. Kəndin gəncləri, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin şagird və müəllim heyəti məktəb ərazisində salınmış mini futbol meydançasının açılışına toplaşmışdılar. Tədbirdə həmçinin rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatı Novruzəli Aslanov, bir sıra xidməti təşkilatların nümayəndələri iştirak edirdi.İvanovkada mini futbol meydançası
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mixail Uryupin açdı. O kənddəki son yeniliklər, məktəbin təhsildə qazandığı uğurlar barəsində qısa məlumatdan sonra çıxış üçün sözü rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova verdi. Başçı respublikada dövlət səviyyəsində idmana və gənclərə göstərilən diqqətdən söz açdı və istifadəyə veriləcək meydançanın deyilənlərə nümunə olmasını bildirdi.
Əlamətdar gün münasibəti ilə kənd sakinlərini, xüsusilə də gəncləri təbrik edən millət vəkili Novruzəli Aslanov onlara idmandan qaynaqlanan sağlamlıq və qələbələr arzuladı.
H.Əliyev adına İvanovka kənd tam orta məktəbinin mini futbol meydançasının açılışı oldu. Açılışın rəmzi olan qırmızı lenti başçı və millət vəkili bərabər kəsdilər. Meydanda qoyulmuş toplara da ilk zərbəni onlar vurdular.
İvanovkada mini futbol meydançasıAçılışdan sonra zövq oxşayan futbol meydançasında ilk oyun – yoldaşlıq görüşü keçirildi.
Şövqi Əhmədov

Şərh Yaz