Bizlan – inkişafda olan kənd

Bizlan - inkişafda olan kəndBizlan kəndi rayonumuzun inkişafda olan kəndlərindən biridir. Kəndin Bakı-Muğanlı-İsmayıllı magistralı üstündə olması onun perspektivliyinə təminat verir. Bu inkişafı dəyərləndirən Heydər Əliyev Fondu kənddə ümumi orta məktəb binası tikdirməklə burada boya-başa çatanların savadlanması və yerə-yurda bağlanması baxımından tarixi bir iş görmüşdür. Bizlanlılar məktəbin açılışına Fondun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın gəlməsini bu gün də böyük fərəh hissi ilə yada salırlar.
Məktəb tikintisindən sonra bizlanlıları narahat edən ən böyük məsələ kənddə içməli suyun kifayət qədər olmaması idi. RİH başçısının səyyar görüşlərindən birində sakinlər rayon rəhbərliyindən və deputat Novruzəli Aslanovdan mümkünsə, kənddə artezian quyusunun qazılmasını xahiş etmişdilər.
Düzgün rəhbərlik və göstərilən qayğı nəticəsində kənddə artezian quyusunun vurulacağı yer müəyyənləşdirildi və qısa müddətdə sevindirici nəticə əldə olundu.
Sentyabr ayının 20-si bizlanlıların yaddaşında bayram günü kimi həkk olunacaqdır. Həmin gün İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun, Millət vəkili Novruzəli Aslanovun, rayonun hüquq-mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə kəndin sakinləri artezian quyusunun istifadəyə verilməsi tədbirinə toplaşmışdılar.Bizlan - inkişafda olan kənd
Başçı və millət vəkili artezianın dumduru suyundan içdilər və keyfiyyətin yüksək olduğunu bildirdilər. Kənd sakinlərindən məktəb direktoru Tofiq Məmmədov, Telman Məmmədov, Nazim Hümbətov, Asəf Gözəlov, Məsud Xasıyev, İsmayıl Məlikov və Bəhruz Hümbətov göstərilən diqqətə görə minnətdarlıq və razılıq etdilər.
Bizlan kəndi Tircan bələdiyyəsi hüdudlarındadır. Bələdiyyənin sədri Südeyif Tapdıqov Bizlan kəndinin sakini və bələdiyyə sədri kimi, bu sosial problemin aradan qaldırılmasından hədsiz rahatlıq duyduğunu bildirdi. O qeyd etdi ki, kənd sakinlərinin bugünkü fərəhi onları dövlətə və dövlətçiliyə daha da yaxın olmağa sövq edir.
Bələdiyyə sədri bildirdi ki, Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 487 nəfərdir. Sevindirici haldır ki, bu say ildən-ilə artır. Kənd məktəbində 70 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 12 müəllim məşğul olur. S.Tapdıqov onu da bildirdi ki, işin səmərəliliyi üçün artezian quyusunun yanında anbar qurulacaq və buradan su bərabər qaydada kənd sakinlərinə paylanacaqdır.
Kəndin ən vacib məsələsinin həllində çəkdikləri zəhmətə və göstərdikləri diqqətə görə bələdiyyə sədri kəndin sakinləri adından bir daha RİH başçısı N.Ələkbərova və millət vəkili N.Aslanova minnətdarlığını bildirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz