Yaddas kitabcasi

İsmayıllı rayon Qaz İstismarı Sahəsi 2012-ci ilin 8 ayı ərzində

İsmayıllı rayon Qaz İstismarı Sahəsi 2012-ci ilin 8 ayı ərzindəİsmayıllı rayon Qaz İstismarı Sahəsi (QİS)10921 abonentə xidmət edir. Bunlardan 10838-i əhali, 45-i qeyri-dövlət, 26-sı büdcə, 12-si sənaye abonentidir.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”na əsasən əhalinin təbii qaza olan tələbatının yaxşılaşdırılması üçün rayonda bir sıra işlər görülmüşdür. Belə ki, həyətyanı ərazilərdən qaz xətlərinin çıxarılması, abonentlərin mənzillərində sayğacların quraşdırılması tərəfimizdən daim təmin olunur. İsmayıllı rayonu ərazisində 1907 məişət qaz sayğacı həyətyanı ərazidən küçə şəraitinə çıxarılmış, yenisi ilə əvəz olunmuşdur. 527 yeni abonentin mənzili İsmayıllı QİS-i tərəfindən qazlaşdırılmış, yeni məişət qaz sayğacları ilə təmin olunmuşdur.
İsmayıllı şəhərinin Xanlar, H.Z.Tağıyev, M.Füzuli, Ü.Hacıbəyov, N.Behdiyev, M.Ə.Sabir, N.Səmədov, K.Məmmədov, M.F.Axundov, S.Vurğun, 28 May, Ə.Ələkbərzadə küçələrində podratçı təşkilat tərəfindən aparılan tikinti işləri tamamlanmış, əhaliyə normal təbii qaz verilmişdir. İsmayıllı QİS-in daxili imkanları hesabına şəhərə birləşdirilmiş Mican və İsmayıllı kəndlərində qaz xətlərində tikinti işləri aparılmış, sayğaclar yeniləri ilə əvəzlənməklə küçə şəraitinə çıxarılmışdır. Adı çəkilən ərazilərdə hazırda qaz təminatı ilə bağlı ciddi problemlər yoxdur. Şəhər ərazisində Sahənin imkanları hesabına 108 millimetr diametrdə 1565 paqonnı-metr, 76 millimetr diametrdə 1450 paqonnı-metr, 57 millimetr diametrdə isə 400 paqonnı-metr qaz xətti çəkilmişdir.
Rayonun İvanovka və Tircan kəndlərinin yenidən qazlaşdırılması işləri müvəffəqiyyətlə davam etdirilir. “Xəzər LTD” tikinti təşkilatı kənd əhalisinin təbii qazla təmin olunmasının yaxşılaşdırılması və əhalinin normal təbii qazdan istifadə etməsi üçün bir sıra işlər görülmüş, nəzərdə tutulmuş işlərin icrası davam etdirilir.
Cari ilin may ayında Topçu kəndində təbii qazın açılışına nail olduq. Belə ki, paylayıcı və daşıyıcı qaz kəmərlərinin yeraltı keçidlərdən keçən hissələri yerüstü sahəyə çıxarılmış, istismara yararsız hissələri yenilənmiş, lazımi bərpa işləri görülmüşdür. 1600 paqonnı-metr müxtəlif diametrli qaz xətləri dəyişdirilmiş, 8100 paqonnı-metrə yaxın müxtəlif diametrli xətlərdə təmir işləri aparılmış, bir yeni qaztənzimləyici şkaf quraşdırılmış və 2 qaztənzimləyici şkaf isə təmir olunmuşdur.
İsmayıllı rayon Qaz İstismarı Sahəsi 2012-ci ilin 8 ayı ərzindəKənd sakinlərinin qazdan təhlükəsiz istifadəsinin təminatı baxımından yoxlamalar da həyata keçirilmişdir. Bu məqsədlə mənzildaxili qaz xətlərinə və qaz avadanlıqlarına texniki baxış keçirilmiş, aşkarlanmış nasazlıqlar aradan qaldırılmışdır. Mənzillərə gedən qaz xətləri üzərindəki giriş kranları bağlanmış, kranın özbaşına açılmaması barədə xüsusi jurnalda qeydiyyat aparılmaqla xəbərdarlıqlar edilmişdir.
Topçuda vaxtılə qazdan istifadə edən 174 abonentin mənzilinə məişət qaz sayğacı quraşdırılmışdır.
2012-ci ilin 8 ayında abonentlərə satılan təbii qazın miqdarı 15 milyon 394 min 281 kubmetri təşkil etmişdir.
Qaztənzimləyici şkafların və siyirtmələrin qrafik üzrə texniki baxışı təmin edilir. Başlıca məqsədimiz əhalinin fasiləsiz və təhlükəsiz təbii qaz yanacağı ilə təmin etməkdir.
Eldar Səlimzadə,
İsmayıllı rayon Qaz İstismarı Sahəsinin rəisi

Şərh Yaz