Yaddas kitabcasi

Turizmin şaxəli inkişafı üçün

Turizmin şaxəli inkişafı üçünZəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur.
Kifayət qədər potensialın olması Azərbaycana qeyri-dövlətlərin axınını gücləndirir və ölkənin turizmin inkişafına stimul verir. İlham Əliyev cənablarının “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi Azərbaycanın turizm potensialının daha da sürətlənməsinə öz töhfələrini vermiş olur. Təbii ki, turizmin inkişaf mərhələsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilərək, öz inkişaf yoluna başlamışdır. Qeyd edək ki, hər il olduğu kimi, bu il də Azərbaycana səfər edən turistlərin sayı artmaqdadır. Statistik rəqəmlər və gələn gəlir göstərir ki, Azərbaycan turizmi ilbəil inkişaf edir və əhalinin sosial rifahının yüksəlməsi yönümündə dövlətin büdcəsinə gələn gəlirin müəyyən hissəsini təsdiq edir. Onu da qeyd edim ki, əvvəlki illərlə müqayisədə bu il xarici turistlər üçün qiymətlər aşağı salınmış və xidmət yüksəlmişdir. Son 10 ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2 dəfədən çox artmışdır. Ölkəmizdə yeni tikilən otellər, mehmanxanalar, istirahət mərkəzləri turizmin sürətlə inkişaf etməsinin sübutudur.
Turizmin şaxəli inkişafı üçünİsmayıllı Azərbaycanın gözəl guşələrindən biridir. Son illər rayonumuzda da bir çox otellər və istirahət mərkəzləri tikilmişdir. Rayonumuzda Turizm İnformasiya Mərkəzi 2012-ci ilin yanvar ayından İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin daxili imkanları hesabına yaradılmışdır.
Mərkəzimiz fəaliyyət müddətinin az olmasına baxmayaraq, bu müddət ərzində bir çox işlər görmüş və nailiyyətlər əldə etmişdir. 12 aprel 2012-ci il Bakı Ekspocentre-də keçirilən Beynəlxalq Turizm sərgisində, 20-21 aprel 2012-ci il tarixində Zaqatalada keçirilən BMT Turizm İnkişafı layihəsində Turizm Yaradıcılığı Üzrə Treninqdə, 4-5 iyul tarixdə isə Lahıc qəsəbəsində keçirilən BMT Turizm İnkişafı layihəsində Dağ Turizmi mövzusunda Treninqdə mərkəzimizin nümayəndəsi kimi iştirak etmişəm.
İnformasiya Mərkəzimiz 31 avqust 2012-ci il tarixində dövlət səviyyəsində keçirilən İsmayıllı günündə Qala divarları qarşısında Turizm sərgisi təşkil etmiş, Qala divarlarının şimalında rayonumuzun sənətkarlarının əl işlərindən satış sərgisi-təşkil etmişdir. Yay turizm mövsümündə davam edən həmin satış sərgisi rayonumuza gələn turistlərin böyük marağına səbəb olmuşdur.
Yerli əhalini turizm haqqında geniş məlumatlandırmaq üçün dəfələrlə Heydər Əliyev Mərkəzinin qarşısında Turizm sərgisi keçirilmişdir. Turizmin şaxəli inkişafı üçün
İnformasiya Mərkəzimizin adı ilə Facebook sosial şəbəkəsində səhifə yaratmışıq. Həm bura, həm də elektron poçt ünvanlarımız vasitəsilə də yerli və xarici vətəndaşlarla əlaqə saxlanılır.
Mərkəzimiz mütəmadi olaraq otellər və istirahət mərkəzləri ilə əlaqə saxlayır, burada olan qiymətlər və boş yerlər haqda məlumatların qeydiyyatını aparır, rayonumuza gələn turistləri istədikləri standartlara uyğun istirahət mərkəzlərinə yönəldilir və turlar təşkil edir. Eyni zamanda, il ərzində hər rüb və hər ay rayonumuza gələn turistlərin sayını dəqiqləşdirib statistik rəqəmlər meydana çıxarır.
Belə ki, bu ilin I rübündə 1518, II rübündə 16920, 31 avqust tarixinə kimi isə 50800 nəfər turist rayonumuza səfər edib. Toplam 69238 nəfər turistin 25 faizi – 17309 nəfəri xaricilər təşkil edir. Əsas yay turizm mövsümündə iyun ayında – 10235, iyul ayında – 26170, avqust ayında isə – 24630, ümumilikdə – 61035 turist gəlmişdir.
Turizm İnformasiya mərkəzi olaraq, öhdəmizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirərək, rayonumuzda turizmin şaxəli inkişafı üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Turizmin şaxəli inkişafı üçünTərlan Mursalov,
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı

Şərh Yaz