Azərbaycanda media mühiti

Azərbaycanda media mühiti“Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans
Sentyabr ayının 25-26-da Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin dəstəyi ilə, “Etik jurnalistika təşəbbüsləri – Azərbaycan” layihəsi çərçivəsində keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın birinci günü Azərbaycan Mətbuat şurasının sədri Əflatun Amaşov “Azərbaycanda mediya azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar” mövzusunda çıxış etmişdir.
Konfransın ikinci günündə isə “Demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu” və “Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu” mövzularında Böyük Britaniya Milli Jurnalistlər Birliyinin ekspertlərinin məruzələri dinlənilərək müzakirə edilmişdir. Müzakirələrdə respublikanın bir sıra aparıcı qəzetlərin redaktorları və informasiya agentliklərinin rəhbərləri çıxış etmişlər.
Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov “Media islahatları üçün manifest” bölməsində “Azərbaycan mediasında islahatlar üçün manifest” layihəsinin ilkin variantını təqdim etmişdir.
Layihə müzakirələrdən sonra qəbul olunmuşdur.
Manifestin layihəsi müzakirə edilmək üçün ölkənin media orqanlarına göndəriləcəkdir. İrəli sürülən təkliflər nəzərə alınacaqdır.
Konfransın gedişində müstəqil bölgə qəzetlərinin təmsilçisi kimi, “İsmayıllı xəbərləri” də iştirak etmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz