Yaddas kitabcasi

Həyatın daha ciddi dərsləri

Həyatın daha ciddi dərsləriBu ünvanda – Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) İsmayıllı rayon şöbəsinin Texniki İdman Klubunda (TİK) iki ay əvvəl olmuşduq. Burada hərbi xidmətdən öncə sürücülük kursuna cəlb olunanlarla görüşdə onların təlim məşqləri ilə maraqlanacağımıza söz vermişdik.
Oktyabr ayının 8-i idi. Saat 10-a işləyirdi. TİK-nun binası qarşısında hərbi geyimli bir dəstə gənc hərbi addımlarla addımlayaraq “Əsgər marşı”nı oxuyurdu: – “Vətən bizi yetişdirib bu yerlərə yolladı”. Gördüklərimiz qürurverici bir mənzərə idi.
Mahnı sona çatdıqdan sonra gənclərə sinfə daxil olma əmri verildi. Müdavimlər bir andaca, nizamlı şəkildə yerlərini tutdular. Klubun rəhbəri Məmmədxan Muradəliyev davamiyyətlə, keçilmiş son mövzunun mənimsənilməsi ilə maraqlandıqdan sonra yeni dərsin izahına başladı. Günün mövzusu “Yol ayırıcılarının işıqforlarla nizamlanması” oldu. Dərs izah olunduqdan sonra mövzu ətrafında sual-cavab aparıldı. Fürsətdən istifadə edib fəallıq nümayiş etdirən müdavimlərdən üçünün bu gün üçün aktual olan bəzi suallara cavab verməsini xahiş etdik:
-Sən bölmə komandirisən, ötən iki ay ərzində sürücülüklə bağlı öyrəndiklərin, düşüncələrin nədir ?
Həyatın daha ciddi dərsləri-Amil Oruclu: Son iki ayda xeyli təmkinli, diqqətli, məsuliyyətli olduğumu hiss edirəm. Sürücü olmaq insandan sağlamlıq və ayıqlıq tələb edir. Təlim dövründə gündəlik vaxt bölgüsü məsələsinə münasibətim yaxşı mənada tamamilə dəyişib. Əvvəlkindən bir qədər də gümrah olduğumu hiss edirəm. Qrupumuzun hər bir üzvü bu suala güman edirəm ki, elə bu cavabı verərdi. Qrupda təlim alanların hər birinin intizamlı sürücü olacağına əminəm.
Fikrinizcə, İsmayıllı şəhərində hansı yol hərəkəti nişanlarına diqqəti daha da artırmaq lazımdır?
-Hikmət Kərimov: Həyatın daha ciddi dərsləri
-Şəhər məktəblərində oxuyam uşaqlar yaxşı bilirlər ki, məktəb yollarında keçidlər olduqca təhlükəlidir. Bir çox məktəblərin qarışında piyada keçidinin üfüqi işarələri demək olar ki, yoxdur. Əhalinin intensiv hərəkət yerlərində də bu işarələrə rast gəlmək olmur. Qarşıda dairə olmasını bildirən xəbərdaredici işarələr qoyulsa da, dairə olan yerdə icraedici işarələrə rast gəlmək olmur. Bu çatışmazlıqlar təhlükələrə və narahatçılığa səbəb olur.
Yoldaşlarla şəhərə çıxarkən söhbətlərimizin mövzusu yollardakı nişanlar, onlardan istifadə qaydaları olur. Bəzən dayanıb keçən avtomobillərin qoyulmuş yol işarələrinə hansı dərəcədə əhəmiyyət vermələrini müşahidə edirik.
Rayonumuzun ərazisində, şəhərin özündə tez-tez yol-nəqliyyat hadisələri baş verir, ölənlər, yaralananlar olur. Qrupda bununla bağlı müzakirələr aparırsızmı?
-Feyruz Dünyamalıyev:
Həyatın daha ciddi dərsləri-Əlbəttə, bu mövzuda söhbətlərimiz çox olur. Qəzaya yol verənlərin çoxusunu tanıyırıq da. Bizə elə gəlir ki, bədbəxt hadisələrin böyük əksəriyyəti, lovğalıqdan və sürücülik səriştəsinin olmamasındandır. Sükan arxasında özünü başqalarına göstərmək həvəsi çoxlarının ölümqabağı son dəfə maşın sürməsi ilə nəticələnib. Təəssüf ki, bu cür xoşagəlməz hallardan hər kəs dərs almır. Sürət həddinin düzgün seçilməməsi, avto-nəqliyyatın xarici işıqlarından yerində və qaydalara uyğun istifadə olunmaması qəzalara, vaxtsız, amansız ölümlərə səbəb olur.
Suallarımızı cavablandıran gənclərin hər biri sonda gənclərə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Bölmə komandiri A.Oruclu sonda KHVTİC İsmayıllı rayon şöbəsinin TİK-da əyani vəsaitlərin yeniləri ilə əvəzlənməsi məsələsinin vacibliyindən söz açdı.
Günün birinci dərsi başa çatdı. KHVTİC İsmayıllı rayon şöbəsinin TİK-da sürücülük kursunda təlim alan müdavimləri qarşıda həyatın bənzərsiz, daha ciddi dərsləri gözləyir.
Ş.Soltanov

Şərh Yaz