Şərait yüksək olduqda

Şərait yüksək olduqdaOktyabr ayının 9-da İsmayıllı Olimpiya-İdman Kompleksində sərbəst Yunan-Roma və qadın güləşi üzrə seçim turu keçirilib. Turnir 1952-ci ildə Helsinkidən idmanın güləş növü üzrə ölkəyə ilk medal gətirmiş azərbaycanlı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunub.Şərait yüksək olduqda
İsmayıllı Olimpiya-İdman Kompleksi həmin gün respublikada 5-ci zona olmaqla 17 rayondan gəlmiş idmançıları qəbul etmişdir. Son vaxtlar bir sıra respublika səviyyəli tədbirlərə Kompleksimiz ünvan olur. Rayonumuzun zona kimi seçilməsi Kompleksdəki şəraitlə əlaqələndirilir.
Qarşılaşmalar 10 çəki dərəcəsində olub. Rayonumuzun təmsilçiləri isə 7 çəki dərəcəsi üzrə Azərbaycan komandasının tərkibində beynəlxalq yarışlara vəsiqə uğrunda mübarizə aparıblar.
Güləşin bu növü üzrə 74 və 100 kiloqram çəkidə idmançılarımız yoxdur. 85 kiloqramda çıxış edən Tural Səfərov isə aldığı zədədən bu mərhələdə iştirak edə bilməyib.Şərait yüksək olduqda
Yarışma başlanmazdan öncə İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə baş məşqçi Bəhmən Əkbərov və məşqçi Rəşad Baxşəliyev komanda üzvlərindən ən azı 3 nəfərin qarşıdakı mərhələyə vəsiqə qazanacaqlarını söylədilər.
N.Kərimov

Şərh Yaz