Kross yarışı keçirilmişdir

Kross yarışı keçirilmişdirSentyabr ayının 6-7-də rayonumuzda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası kross üzrə respublika çempionatı keçirmişlər. İki gün davam edən yarışda Bakı, Sumqayıt, Astara, Lənkəran, Qusar, Balakən, Naftalan, Biləsuvar və İsmayıllı komandaları mübarizə aparmışlar. İdmançılar müxtəlif yaş qruplarında çıxış etmişlər -20-57 yaş arası.
Respublika dərəcəli hakim Kamal Əhmədovun direktorluğu, respublika dərəcəli hakim Şirin Vəliyevin və birinci dərəcəli hakim Ceyhun Hüseynovun rəhbərliyi altında bu yarış mütəşəkkil keçmişdir. Onu da qeyd edək ki, çox mənzərəli yerdə təşkil edilmiş bu yarış iştirakçıların və hakimlərin ürəyincə olmuşdur.Kross yarışı keçirilmişdir
Yarış yekunlaşdı. İlk öncə qızlar arasında 4 kilometr məsafəni qət edənlər mükafatlandırıldı. Qaliblərə nazirliyin və federasiyanın diplomları, həmçinin qızıl, gümüş və bürünc medalları təqdim edilmişdir. Birinci yer tutanlara pul mükafatı da verilmişdir. Sonra oğlanlar arasında 3 kilometr məsafəyə qaçanlar və 2 kilometr məsafəyə qaçanlar mükafatlandırılmışlar.Kross yarışı keçirilmişdir
Gərgin yarış arxada qaldı, mükafat alan üç yeri tutanlar sevinc içərisində idi. Məğlub durumda olanlar haqqında bu sözləri demək mümkün deyildi. Yəqin ki, onlar öz çıxışlarını bir daha ölçüb-biçəcək və daha səylə məşqlərini davam etdirəcəklər. Gərgin məşqsiz isə qələbədən söhbət gedə bilməz.
Yarışın baş hakimi Şirin Vəliyevə müraciət edirik:
-Necə oldu ki, yarış üçün İsmayıllını seçdiniz?
– Üçüncü ildir ki, İsmayıllıda payız krossu keçiririk. İsmayıllı Olimpiya-İdman Kompleksinin rəhbərliyinin, bütün kollektivinin bizə yaratdığı şəraitə söz ola bilməz. Buna görə bu kollektivə təşəkkürümüzü bildiririk. Kross yarışı keçirilmişdirBelə şəraitdə işləmək çox xoşdur. Ümumilikdə, İsmayıllı camaatından, onların qonaqpərvərliyindən, bizlərə olan mehriban münasibətindən çox razıyıq. Belədə, adam istəyir ki, bu insanlarla tez-tez ünsiyyətdə olsun. Digər bir faktı da qeyd edim ki, yarışın keçirildiyi yer də çox idealdır. İsmayıllılardan çox xoş təəssüratla ayrılırıq. Biz burada özümüzə gözəl dostlar tapdıq, qonaqpərvər insanlarla tanış olduq. Odur ki, deyirəm, gələn görüşlərədək dostlar!
Yarışın bağlanışında bütün idmançılar xatirə şəkli çəkdirdilər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz