İsmayıllı yeniləşir, gələcəyə addımlayır

İsmayıllı yeniləşir, gələcəyə addımlayırİsmayıllı rayonunda “İsmayıllı günü” keçiriləcəyi barədə məlumatı bir il əvvəl keçirilmiş “Təhsil bayramı” mərasimində rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov elan etmişdi. Tədbirin bu ad altında keçirilməsində məqsəd rayonun təkcə təhsilində deyil, il ərzində digər sahələrdə də qazanılmış uğur və nailiyyətlərinin də əhaliyə çatdırılması, nümayiş etdirilməsi olmuşdur.
Tədbirin keçiriləcəyi günü səbirsizliklə gözləyən ismayıllılar avqust ayının 31-də böyük bayram şənliyinə toplaşmışdılar. Bayram tədbirində Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, onun rəhbərlik etdiyi nümayəndə heyəti, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabe, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Belarus Respublikasının Nesvij rayonundan, Latviya Respublikasının Amata bələdiyyəsindən gəlmiş qonaqlar, millət vəkili Novruzəli Aslanov və rayonumuzdan olan digər tanınmış şəxslər və ziyalılar iştirak edirdi.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
Bayram tədbiri milli mədəniyyətimizi və zəngin məişətimizi əks etdirən bir sıra əşyaların nümayişi ilə şəhərə giriş kimi qəbul olunan Qala darvazasının yanında qurulmuş qırmızı çadırdan başlandı. Burada sərgilənən əşyalar qonaqların böyük marağına səbəb oldu. İsmayıllı yeniləşir, gələcəyə addımlayırLahıc ustalarının yüksək sənətkarlıqla hazırladığı gülabdan səfir Ş.Vatanabenin çox xoşuna gəldiyindən ona hədiyyə olundu. Ustalıqla toxunmuş, sərgiyə yaraşıq verən xalçalar da qonaqların zövqünü oxşadı.İsmayıllı yeniləşir, gələcəyə addımlayırİsmayıllıda turizmin inkişafını əks etdirən, bu sahədə qazanılan uğurlardan ibarət guşə də qonaqların diqqətini cəlb etdi. Burada turizmlə bağlı, məlumat xarakterli xeyli jurnal və buklet tamaşaçıların rayonumuz barəsində bilgilərini artırdı. Qala divarlarını bəzəyən və tarixi keçmişimizdən söz açan, abidələrimizi əks etdirən müxtəlif tərtibatlı lövhələr də diqqəti cəlb edirdi. İsmayıllı yeniləşir, gələcəyə addımlayır
Nümayəndə heyəti baxışı Qala divarları qarşısında, İsmayıllı yeniləşir, gələcəyə addımlayırrayonun mərkəzinə doğru, təqribən bir kilometr məsafədə təşkil edilən tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin ayrı-ayrı bədii kollektivlərinin, rayondakı milli azlıqların folklor qruplarının çıxışlarını dinləməkdən başladılar. Lahıc qəsəbəsini, Mollaisaqlı, İvanovka kəndlərini təmsil edən folklorçular, zərb, akkordeon alətləri ifaçıları, rayonun saz sənəti ustaları sərgini izləyənləri öz məharətləri ilə heyran qoydular.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
İsmayıllı rayon Mərkəzi Kitabxanalar Sistemi işçiləri sərgiyə prezident İlham Əliyevin xüsusi sərəncamı ilə, latın qrafikasında, nəfis şəkildə çap olunmuş xeyli kitab gətirmişdilər. İsmayıllı yazarlarının çapdan çıxmış kitabları da bu bölmədə yer tutmuşdu. Qonaqlar yerli şairlərin qələmindən çıxmış şeirləri diqqətlə dinlədilər.
“Niyal” xalq çalğı alətləri ansamblının ifasında səslənən mahnı alqışlara səbəb oldu. Misgərlərin, xalçaçı və ipəkçi toxucuların əl işlərinin sərgisini, milli mətbəx nümunələri və bəzi yerli istehsal məhsullarından təşkil olunmuş sərgilərə baxış keçirildi.
Rayonun inkişafı ilə bağlı yeni layihələrdən ibarət lövhələrin qarşısında bir qədər daha çox vaxt keçirən qonaqlar İsmayıllının gələcəyi, müasirləşməsi ilə daha yaxından tanış olmaq məqsədi daşıyırdı. Rayondakı inkişaf infrastruktur sahələrində də öz əksini tapmalı olduğundan xidməti sahələr üzrə də yeniliklər barəsində qonaqlara lazımi məlumatlar verildi.
Qonaqlar və onları müşaiyət edən nümayəndə heyəti Qala divarları boyu diqqətə çatdırılacaq yeniliklər barəsində veriləcək məlumatları tam diqqətə çatdırsalar da musiqi qruplarının biri-birindən şən ifaları tədbir iştirakçılarına əsil bayram ovqatı bəxş etməkdə davam edirdi.
“İsmayıllı günü”nün rəsmi açılış mərasimi rayondakı Heydər Əliyev adına mədəniyyət evinin qarşısında reallaşdı.
Bir neçə gün əvvəldən bayramsayağı bəzədilmiş meydanda yüzlərlə tamaşaçı tədbirə start verilməsini gözləyirdi. İsmayıllı yeniləşir, gələcəyə addımlayırMüəyyən olunmuş vaxtda aparıcının gur səsi meydan boyu dalğa-dalğa yayıldı:
– Salam! Xoş gördük sizi, əziz ismayıllılar, hörmətli qonaqlar, tədbir iştirakçıları! Bu gün bayram təntənəsində sizlərlə görüşməkdən məmnunluq duyur, hamınıza xoşbəxtlik, səadət, cansağlığı arzulayırıq. “İsmayıllı günü” rayonumuzun yaranma tarixində ilk dəfə keçirilən böyük el şənliyi, bayram təntənəsidir. Hamınızı bu el şənliyində fəal iştiraka dəvət edirik.
Sevinc, fərəh bildirən alqışlardan sonra tədbiri açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov qonaqları və tədbir iştirakçılarını salamladı. İsmayıllı yeniləşir, gələcəyə addımlayırBaşçı keçirilən tədbirin əhəmiyyətindən danışdı. O, bir daha “Təhsil bayrami”nın “İsmayıllı günü” kimi, daha geniş şəkildə qeyd olunmasını İsmayıllıda ayrı-ayrı sahələrdə qazanılan uğurlara meydan verilməsi, bu uğur və nailiyyətlərin dəyərləndirilməsi kimi qiymət verdi. Bayramda hansı sahədə çalışmasından asılı olmayaraq hər kəsin qazandığı uğura görə sevinmək haqqı var. Bu cür tədbirlər uğurların sayını artırır, sahəsini genişləndirir. Başçı bayram münasibəti ilə tədbir iştirakçılarını, onların timsalında bütün ismayıllıları təbrik etdi.
İsmayıllı yeniləşir, gələcəyə addımlayırTədbirdə söz alan millət vəkili Novruzəli Aslanov “İsmayıllı günü”nün ümumrayon şənliyi kimi qeyd olunmasından hədsiz sevinc və qürur duyduğunu vurğuladı. Təntənəyə səbəb olan hər bir toplantının iqtisadiyyatımızdakı inkişafın bəhrəsi olduğunu söylədi. İsmayıllıları həmişə şən əhval-ruhiyyədə görmək arzusunda olan deputat bu gün özünü xoşbəxt saydığını söylədi. İsmayıllıda insanlar halal zəhmətləri hesabına qazandıqları uğur və müvəffəqiyyətləri bayram etməyə qadir və layiqdirlər. İsmayıllı yeniləşir, gələcəyə addımlayırMillət vəkili N.Aslanov gənclərimizin təhsil uğurları üzərində xüsusilə dayandı. Bugünkü uğurların ölkəmizin sabahkı inkişafına, gələcəyinə verə biləcəyi töhfələrdən danışdı, bu il ali məktəblərə daxil olanları təbrik etdi, onlara təhsildə və həyatda müvəffəqiyyətlər arzuladı.
Ali məktəblərə qəbul zamanı 300-ə qədər bal toplayanların adlarını Anar Rəsulov və İsmayıllı yeniləşir, gələcəyə addımlayırBahar Abdullayeva elan etdilər.
Rusiyanın Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin keçirilən tədbiri yüksək qiymətləndirdi. O bildirdi ki, İsmayıllı rayonunda yaşayan rusdilli ivanovkalıların da İsmayıllının inkişafında önəmli yeri olmasından çox məmnundur. Ali məktəblərə qəbul olunanların sırasında xeyli ivanovkalı məzun vardır. Onlardan birinin – Yelena Marfinanın orta məktəbi Gümüş medalla bitirməsi məni çox sevindirdi. Əminəm ki, bu başlanğıc inkişaflı və davamlı olacaqdır.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
Söz Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şusuke Vatanabeyə verildi. İsmayıllıdakı bir sıra tədbirlərdə iştirak etmiş səfir bu toplantının möhtəşəmliyini bildirdi. Səfir Azərbaycan-Yaponiya dostluq münasibətlərindən söz açdı və İsmayıllı ilə İto şəhərləri arasındakı dostluq əlaqələrinin gerçəkləşməsinin son mərhələdə olmasını açıqladı. İsmayıllı yeniləşir, gələcəyə addımlayırHörmətli qonaq Azərbaycanda, onun İsmayıllı adlı bölgəsində təhsilə, mədəniyyətə və sənətkarlığa göstərilən diqqət və qayğıdan məmnunluq duyduğunu ifadə etdi.
İsmayıllı yeniləşir, gələcəyə addımlayırRespublikanın Əməkdar incəsənət xadimi, nəğməkar şair Baba Vəziroğluya söz verildi. İsmayıllıda keçirilən tədbirlərdə heç vaxt bugünkü qədər fərəh hissi yaşamadığını söyləyən həmyerlimiz qazanılan uğurların həqiqətən də ürəkaçan olduğunu dilə gətirdi. İsmayıllı bizim hər birimiz üçün ana qucağıdır. Bu qucaqdan pərvazlananların uğur və nailiyyəti bizə rahatlıq, ilham verir. Əziz həmyerlilər, uğurlarınız bol olsun! Həmişə bugünkü bayram sevincini yaşamaq nəsibiniz olsun!İsmayıllı yeniləşir, gələcəyə addımlayır
Bu arada qəbul imtahanlarından 300-400 arasında bal toplamış, tələbə adını qazanmış məzunlarımızın adını Ramid Qasımov tədbir iştirakçılarına çatdırdı.
Belarus Respublikasından gəlmiş qonaqların adından İsmayıllı rayonu ilə qardaşlaşmış Nesvij rayon Deputatları Sovetinin sədri Valeriy Lazyuk ürək sözlərini söylədi və nümayəndə heyətinin “Təhsil bayramı”ndan “İsmayıllı günü”nə keçidin müvəffəqiyyətə doğru daha bir addım olmasını söylədi. O, qazanılan uğurlarda payı olanları nümayəndə heyəti adından təbrik etdi, bu istiqamətdə keçirilən tədbirlərə dəvət almalarına görə RİH başçısı Nizami Ələkbərova minnətdarlığını bildirdi.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
Latviya Respublikasından gəlmiş nümayəndə heyətinin adından Amata bələdiyyəsinin icraçı direktorunun müavini Arvirds Lukyanovs danışdı.İsmayıllı yeniləşir, gələcəyə addımlayır Dəvət üçün təşəkkürünü bildirən qonaq İsmayıllı bələdiyyəsi ilə Amata bələdiyyəsi arasında əməkdaşlıq əlaqələrinə toxundu və bu istiqamətdə görülən işlərin faydalı olacağını əminliklə qeyd etdi. Bugünkü bayram şənliyində biz yaxşı işləməklə bərabər, görülmüş işlər barəsində xalq qarşısında bu şəkildə hesabat verməyin faydalı bir üsul olmasını aydın gördük.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
İmtahanlardan 400-500 arasında bal toplamış məzunlarımızın adları qeyd olunmuş siyahını Şəkər Hacıyeva səsləndirdi.
İsmayıllı yeniləşir, gələcəyə addımlayırTribunaya 2011-2012-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev dəvət alır. Müəllim yaxşı adını qazanmaqla yanaşı yaxşı şagird, gələcəyin yaxşı vətəndaşını hazırlayan şəxs olduğunu bir an belə unutmamalıdır. O, yaxşı işləmək üçün çalışdığı məktəbdə hər cür şəraitin olduğunu bildirdi. Buna görə öz adından, çalışdığı kollektivin adından Respublika prezidenti İlham Əliyevə, Təhsil Nazirliyinə və rayon rəhbərliyinə minnətdarlıq etdi.
Məktəbin hərbi müəllimi olan T.Abdullayev tədbirin keçirildiyi dəqiqələrdə Prezidentin Sərəncamı ilə Macarıstanda həbsdə olan zabit Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması xəbərini böyük fərəh və qürur hissi ilə elan etdi.
Meydana toplaşanlar hər birimizin ürəyincə olan bu şad xəbəri uzun sürən sürəkli alqışlarla qarşıladılar.
İsmayıllı yeniləşir, gələcəyə addımlayırAli məktəblərə qəbul olunan məzunların valideynləri adından çıxış üçün söz Mehman Abbasova verildi. O bildirdi ki, övladları ali məktəblərə qəbul olunanlarla yanaşı bu gün İsmayıllıda yaşayan hər kəs Bayram sevinci yaşayır. Bu bir valideyn kimi, məni sevindirir. Çünki savadlı balalarımızın, davamçılarımızın səyi nəticəsində İsmayıllı gələcəkdə daha gözəl olacaq, daha sürətlə inkişaf edəcəkdir.
Övladları ali məktəblərə qəbul olan valideynlər adından ailə sevincimizi ümumrayon bayramı səviyyəsinə qaldırdığına və keçirilən bu möhtəşəm tədbirə görə rayon rəhbərliyinə minnətdarlıq bildirirəm. Övladlarımızın müəllimlərinə “Əlifba”dan başlanan və ali məktəblərə qəbulla yekunlaşan zəhmətlərinə görə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
İsmayıllı yeniləşir, gələcəyə addımlayırBayram şənliyinə toplaşanların alqış sədaları altında 500-600 arasında imtahan balı toplamış 44 məzunumuzun adı qeyd olunmuş siyahını Elgün Qurbanov oxuyur.
Və nəhayət…
Rayonumuzun təhsil şərəfini öz fədakarlıqları ilə daha da ucaldan, 600-dən yuxarı bal toplamış 11 nəfər məzunumuz alqışlarla tək-tək səhnəyə dəvət olunur.İsmayıllı yeniləşir, gələcəyə addımlayır Növbəsi çatanda çıxış üçün söz A. Aslanov adına şəhər 2 saylı tam orta məktəbinin məzunu Zeynəb Mahmudovaya verilir İsmayıllı yeniləşir, gələcəyə addımlayır(Həmin çıxışın mətni qəzetin bu sayında dərc edilmişdir).
Qaliblərə RİH başçısı Nizami Ələkbərovun, millət vəkili Novruzəli Aslanovun, həmyerlimiz, iş adamı Famil Bağıyevin adından qiymətli hədiyyələr təqdim edilir. Alqışlarla müşaiyət olunan təqdimetmə anları tədbirdə iştirak edənlərə qürur, eləcə də sevinc bəxş edir.
Qaliblərə hədiyyələri və Fəxri fərmanları şəxsən təqdim etdiklərindən sanki başçının və millət vəkilinin keçirdiyi fərəh hissini tədbirdəkilərin hamısı duyurdu. Bu xoş hiss və duyğuları onların təbəssümlü çöhrələrindən aydınca sezmək, oxumaq olurdu. İsmayıllı yeniləşir, gələcəyə addımlayır
Həmyerlimiz, hüquqşünas İlyas Mahmudov ənənəsinə sadiq qalaraq bu bayramda da təhsildə yüksək nəticələr əldə etmiş məzunlardan birinə hədiyyə təqdim etdi.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
2012-ci il İsmayıllı üçün uğurlu olmuş və bu uğurlar davam etməkdədir. Cari ildə Respublika prezidenti İlham Əliyevin sərəncamı ilə rayondakı üç müəssisənin rəhbəri – 10 saylı Yol İstismar Sahəsinin rəisi Məhəmməd Musayev, Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov və Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Olqa Jabina isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüşdür. İsmayıllının tərəqqisində layiqli əməyi olanların adı aparıcı tərəfindən qeyd olunduqca tədbir iştirakçılarının alqışları da davam etməkdə oldu.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
Daha sonra 2011-2012-ci tədris ilində “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində qalib olan məktəblərin – şəhər 2 saylı, Qubaxəlilli və Tircan kənd tam orta məktəblərinin direktorları – Ramil Dadaşov, Ramiz Mustafayev və İlqar Gərayev səhnəyə dəvət olundular.İsmayıllı yeniləşir, gələcəyə addımlayır
“Ən yaxşı müəllim” müsabiqəsində rayonumuzun şərəfini yüksəldən şəhər 1 saylı tam orta məktəbinin müəllimi Pərvanə Piriyeva, Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Samir Ağabalayev və Cülyan kənd tam orta məktəbinin müəllimi Tahir Abdullayev də qaliblər kimi səhnəyə çıxdılar. Adları çəkilənlər göstərdikləri yüksək nəticəyə görə İsmayıllı rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olundular.
Müstəqillik illərində İsmayıllı təhsili dinamik şəkildə inkişaf etmişdir. Son tədris ilində şəhər 5 saylı tam orta məktəbinin şagirdi Badam Bədəlovanın və Təzəkənd kənd tam orta məktəbinin məzunu Mənsur Şahlarlının Respublikanın Təhsil Nazirliyi tərəfindən Qızıl medala layiq görülməsi bunun əyani və sevindirici nümunəsidir.
Tədbirin tamaşaçıları qarşısında RİH başçısı N.Ələkbərov və millət vəkili N.Aslanov tərəfindən bu ada layiq görülmüş məzunlara təqdim olundu.
Əziz ismayıllılar, hörmətli tədbir iştirakçıları, sizləri, eləcə də uğur və nailiyyətlərinə görə təltif olunan şəxsləri, İsmayıllı adını, onun təhsil şərəfini uca tutaraq 600-dən yuxarı bal toplamış məzunlarımızı bir daha təbrik edir, Sizi bu əlamətdar gün münasibətilə təşkil olunmuş bayram konsertinə dəvət edirik – deməklə tədbirin aparıcısı sözü Rəşid Behbudov adına Mahnı teatrının kollektivinə verdi.
*
Ətrafa qaranlıq çöksə də, bayram konserti şərəfinə hazırlanmış səhnənin oynaq işıqları ətrafa yayılaraq yaşanan əhval-ruhiyyəni daha da rəngarəng etməkdə idi. “İsmayıllı günü”nün bədii hissəsinin aparıcıları səhnədə göründülər. Onlar İsmayılının şəninə yazılmış, onun gözəlliklərini vəsf edən bir neçə şeir parçası səsləndirdikdən sonra sözü Əməkdar artist Gülyanaq Məmmədovaya verdilər. Mahnıdan-mahnıya alqış sədaları artmaqda idi. Daha sonra bir birinin ardınca səhnəyə Əməkdar artistlər – Lalə Məmmədova, Elza Seyidcahan, Mahnı Teatrının solisti Firuzə Quliyeva, Vaqif Şıxəliyev çıxdılar. İfaları alqışlarla qarşılanan müğənnilər oxuduqca teatrın qızlardan ibarət rəqs qrupu oynaq musiqi sədaları altında, səhnə önündəki meydanda əlvan kəpənəklər kimi süzürdülər.
Gülyaz və Gülyanaq Məmmədova bacılarının ifasında dueti tamaşaçılar şövqlə qarşıladılar. İsmayıllı yeniləşir, gələcəyə addımlayır Əməyi “Tərəqqi” medalına layiq görülmüş müğənni Sahibə Abdullayevanın səhnədəki çıxışı ismayıllıların bayram sevincinə xüsusi dad qatdı.
Aparıcı bayram konsertinin sona satmasına işarə edən fikirlərini səsləndirdi:
– Dostlar, ”İsmayıllı günü” bayramı başa çatmaq üzrədir. Doğma yurdumuzun inkişafı, tərəqqisi və yüksəlişi naminə bir daha hər birinizə uğurlar, cansağlığı arzulayırıq. Dünəni qədim, bu günü müasir olan İsmayıllı gündən-günə inkişaf edir, yeniləşir, sivil gələcəyə doğru addımlayır. Böyük Azərbaycan şairi Mikayıl Müşfiq demişkən:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki?!
Böyük, şanlı, şən günlər,
Yoluna düşən günlər,
Hələ qarşımızdadır.
“Yaşa Azərbaycan!” mahnısını ifa etmək üçün Xalq artisti Bilal Əliyev səhnəyə dəvət olundu . Mahnının yekunlaşdığı ərəfədə 31 avqust sevincini “İsmayıllı günü” şərəfinə rayonun səmasını atəşfəşanlıq fişənglərinin əlvan rəngləri işıqlandırıb yaddaşlara həkk etdi.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz