Yaddas kitabcasi

Təcrübə köməyə gəlir

Təcrübə köməyə gəlirAvqust ayının 7-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, eləcə də xidməti idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə rayonun Sulut inzibati ərazi dairəsində vətəndaşların səyyar qəbulunu keçirib.
Qəbul kənd mədəniyyət evinin binasında aparılıb.
Qəbulda ilk söz alan Sulut kənd tam orta məktəbinin direktoru Xurşud Cəfərov olub. Xurşud müəllim bir ziyalı olaraq RİH-nin başçısı N.Ələkbərova ərazidə yaşayanların salamını və son bir neçə ildə İsmayıllının hərtərəfli inkişafında olan xidmətlərinə görə minnətdarlığını çatdırdı. Rayondakı inkişafın bariz nümunəsini kənd məktəbinə olan diqqət və qayğı ilə səciyyələndirib. Sonda o, başçıdan ərazidə aparılan torpaq islahatından sonra yaranmış problemlərin həllində və torpaq sahələrinə mülkiyyətə görə Dövlət aktlarının verilməsində kənd sakinlərinə köməklik göstərilməsini xahiş edib.
Qəbula gəlmiş Cavanşir Məmmədov mənzil şəraitinin yaxşılaşdırılması məsələsinin vacibliyindən söz açıb, bu istiqamətdə ailəsinə köməklik göstərilməsini xahiş edib.
Kənd sakini Vasif Qasımov kənd yolunun gediş-gəliş üçün çətinliklər yaratdığından danışıb. Güclü yağışlardan sonra yolların hər dəfə sıradan çıxmasını diqqətə çatdırıb. Kəndarası yolların və elektrik dirəklərinin də istifadəyə yararsızlığını qeyd edib.
Qəbula gəlmiş Elsevər Məmmədov kənddaxili yolların yararsızlığından, pay torpaqlarının bir neçə yerdən verilməsindən və bu səbəbdən həmin torpaq sahələrindən lazımınca istifadə oluna bilməməsindən danışıb. Ərəstun Poladov torpaq islahatı aparılarkən kəndin perspektiv inkişafının nəzərə alınmamasından gileylənib. Hazırda kənddə həyətyanı torpaq sahəsi alıb, burada məskunlaşmağın mümkünsüzlüyünü söyləyib. Bununla bərabər ailə vəziyyətinin ağır olmasını açıqlayıb və sosial yardım almaqda ona hüquqi köməklik göstərilməsini xahiş edib.
Təcrübə köməyə gəlirKənd sakini Mahir Cavadov yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin digər kənd sakininin pay torpağına düşməsindən şikayətlənib və bu məsələnin həllində köməyə ehtiyacı olduğunu vurğulayıb.
Sulut İƏD-i Sulut, Sərsurə və Kələ Zeyvə kəndlərini əhatə edir. Qəbula gələnlərin arzu və təklifləri də ümumilikdə elə burada yaşayanların hamısının arzu və istəyi olub.
Qəbul iştirakçılarını diqqətlə dinləyən başçı N.Ələkbərov qaldırılan məsələlərlə bağlı əlaqədar idarələrin rəhbərləri ilə görüləcək işlər barəsində söhbət aparıb. Elə buradaca narahatlıqların aradan qaldırılması üçün tapşırıq və göstərişlər verib.

Elə həmin gün RİH başçısı N.Ələkbərov Xankəndində yaşayan əhalinin istək və arzularını dinləmək, problem hesab etdikləri məsələləri öyrənmək üçün onlarla görüşüb.
Məktəbin müəllimi Rüstəm Məmmədov gələn qonaqları kənd sakinləri adından salamladıqdan sonra məktəbdə sinif otaqlarının çatışmamasından, ümumilikdə, məktəbin uyğunlaşdırılmış binada yerləşməsindən danışıb. Müəllim mövcud problemin təlimin keyfiyyətinə göstərdiyi mənfi hallardan danışıb.
Kənd sakini Əfraz Məmmədov ərazidən keçən çayın kənarındakı evlərin təhlükə qarşısında qalmasından söz açıb. O sahilbərkitmə işlərinin aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
Qəbula gələn Balakişi İsgəndərov Xankəndinə də mavi yanacaq verilməsi məsələsinə toxunub. Ataş Məsimov isə kənddaxili elektrik xətlərindəki nasazlığın baş verə biləcək təhlükəsindən danışıb. Neman Hacıyev həyətyanı torpaq sahəsi almaqda çətinliklə üzləşməsindən danışıb, bunun səbəbini kənd bələdiyyəsində perspektiv torpaq sahələrinin olmaması ilə əlaqələndirib.
Qonşu Kürdüvan kəndindən qəbula gəlmiş Xaspolad İsmayılov kənd yolunun narahatçılıq doğuran vəziyyətdə olmasını xatırladıb.
Yerlərdə əhali üçün narahatçılıq doğuran məsələlərin oxşarlığı bir növ onların həllini asanlaşdırır. Belə ki, digər ərazilər üçün bir vaxt problem olan məsələlərin aradan qaldırılması təcrübəsi bu məqamda köməyə gəlir.

Ş.Soltanov

Şərh Yaz