Yaddas kitabcasi

İcra Hakimiyyətinin başçısı cənab Nizami Ələkbərova

Cənab İcra Hakimiyyəti Başçısı!
Bakıya döndükdən sonra, gözəl şəhərinizi və ətraflarını tanımağıma imkan vermiş qəbulunuza və lütfkarlığınıza görə Sizə təşəkkür etmək istərdim.
Öz tarixi keçmişi və mənzərələri ilə məni heyran edən bu rayonun tarixi və mədəni yüksəlişi göz qabağındadır. Rayonunuzu daha da inkişaf etdirmək üçün gördüyünüz işlər və bir fransız şəhəri ilə yaxınlaşmaq üçün göstərdiyiniz diqqət də mənə xoş təsir bağışladı. Bu, mənim səfərimi daha da gözəl və maraqlı etdi.

Cənab İcra Hakimiyyəti Başçısı, həm şəxsi, həm də professional əməkdaşlığımızın uzun müddət davam edə bilməsini arzu edərək, Sizə ən xoş, hisslərimi bildirirəm.

Hörmətlə:
Paskal Mönie,
Fransanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

Şərh Yaz