Layihələrdə iştirak öyrənmənin bir yoludur

Layihələrdə iştirak öyrənmənin bir yoludurŞükufə Nəcəfova,
İsmayıllı şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Uşaqlar bizim gələcəyimizdir. Onların həyatda özlərinə layiqli yol tutmalarında müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Onlara bu məqsədlə əlimizdən gələn köməyi etməliyik. Mənim fikrimcə şagird dillə bağlı hər hansı mövzunu 45 dəqiqə ərzində tam mənimsəyə bilməz. Bunun üçün ona mühit yaratmaq lazımdır. Dilin öyrənilməsi bu məqsədlə yaradılan dil mühitində mümkündür. Müasir dövrdə dil öyrənmək üçün imkanlar genişdir. Belə imkanlardan biri müəllimin şagirdləri ilə müxtəlif səpkili layihələrdə iştirakıdır. Bu, təkcə dilin inkişafina deyil, həm də şagirdlərdə könüllülük, liderlik bacarığı formalaşdırır, şagirdlərdə tənqidi və məntiqi təfəkkürün formalaşmasına imkan verir. Belədə onlar hərtərəfli vətəndaş kimi yetişirlər. Belə keyfiyyətlər aşılayan və həmçinin dünya məktəblərinin bir çoxu tərəfindən dəstəklənən iki belə layihənin rəhbəriyəm (fasilitatoru): ”Xalq nağılları” və “Yerli tariximiz”.Layihələrdə iştirak öyrənmənin bir yoludurUşaqlar bizim gələcəyimizdir. Onların həyatda özlərinə layiqli yol tutmalarında müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Onlara bu məqsədlə əlimizdən gələn köməyi etməliyik. Mənim fikrimcə şagird dillə bağlı hər hansı mövzunu 45 dəqiqə ərzində tam mənimsəyə bilməz. Bunun üçün ona mühit yaratmaq lazımdır. Dilin öyrənilməsi bu məqsədlə yaradılan dil mühitində mümkündür. Müasir dövrdə dil öyrənmək üçün imkanlar genişdir. Belə imkanlardan biri müəllimin şagirdləri ilə müxtəlif səpkili layihələrdə iştirakıdır. Bu, təkcə dilin inkişafina deyil, həm də şagirdlərdə könüllülük, liderlik bacarığı formalaşdırır, şagirdlərdə tənqidi və məntiqi təfəkkürün formalaşmasına imkan verir. Belədə onlar hərtərəfli vətəndaş kimi yetişirlər. Belə keyfiyyətlər aşılayan və həmçinin dünya məktəblərinin bir çoxu tərəfindən dəstəklənən iki belə layihənin rəhbəriyəm (fasilitatoru): ”Xalq nağılları” və “Yerli tariximiz”.
”Xalq nağılları” layihəsində dərs dediyim şagirdlər Azərbaycan nağıllarını seçib ingilis dilinə tərcümə edir və dünyanın bir sıra məktəbləri ilə öz fikirlərini ingilis dilində bölüşürlər. Eyni zamanda onlar Azərbaycanın qədim adət-ənənələrini, mədəniyyətini dünyaya çatdırırlar. Bu layihəmiz çox uğurlu oldu və kitab şəklində İEARN təşkilatı tərəfindən ABŞ-da nəşr olundu. Şəkildə gördüyünüz bizim kitabın üz qabığıdır.
“Yerli tariximiz” layihəsində şagirdlərimlə birlikdə Azərbaycanın və eləcə də İsmayıllı rayonunun tarixi, adət-ənənələri, iqtisadiyyatı, musiqisi və mədəniyyəti ilə dünya xalqlarını tanış edirik. Bundan əlavə, bədxah qonşularımız tərəfindən həyatlarını qurban verən mərd oğul və qızlarımız haqqında müxtəlif səpkidə şəkillər, videolar, filmlər hazırlayıb dostlarımıza təqdim edirik. İşlərimizi bir bloqda cəmləşdirib, bütün dünya ilə paylaşmışıq. Bloqun ünvanı belədir:

Blog

Layihələrdə iştirak öyrənmənin bir yoludurİşləri bu səpkidə davam etdirmək məqsədi ilə bu yay məktəbimizdə “Yay düşərgəsi” açdım. Düşərgəmizin müzakirə edəcəyi mövzu “Qadın hüquqları” adlanırdı. Düşərgədə yalnız qızlarla işləməyi planlaşdırmışdım. Sonradan bu məsələyə oğlanların münasibəti mənə maraqlı gəldi və düşərgəmizə iki nəfər oğlan şagirdimizi də qəbul etmək qərarına gəldim.
Yay düşərgəsini maliyyələşdirən təşkilat haqqında məlumat vermək istərdim. Həmin təşkilat ABŞ-ın Nyu-York ştatından “Lynn Kids Foundation” adlı bir sosial və qeyri-hökumət təşkilatıdır. Təşkilatın rəhbəri Nyu-York ştatından olan xanım Lünn Rozendir. Bu təşkilat tam könüllülük əsasında qurulub. “Lynn Kids Foundation” təşkilatının əsası 2010-cu ildə qoyulub. Məqsədi imkansız uşaqlara yardım etməkdir. Bu təşkilat şagirdlərə öz təxəyyülünü inkişaf etdirmək imkanı verir. Həm də onlara gələcəkdə hərtərəfli vətəndaş kimi formalaşmağa yardımçı olur. Təşkilat həm də şagirdlərin tənqidi və məntiqi təfəkkürlərinin formalaşmasına yardım edir. Bu təşkilatın məqsədi imkansız uşaqların təhsildən uzaqlaşmasının qarşısını almaqdır və şüarı belədir: ”No child left behind” (Heç bir uşaq kənarda qalmamalıdır).
Düşərgəni təşkil etməkdə əsas məqsədlərdən biri şagirdlərin ingilis danışıq dilinin möhkəmləndirilməsi idi. Belə ki, düşərgədə olarkən şagirdlər arasında danışıq ingilis dilində gedirdi.
Açılış mərasimimiz 4 iyun 2012-ci ildə İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbində oldu. Bu barədə « İsmayıllı xəbərləri » qəzetində məlumat verilmişdi
Düşərgənin direktoru idim. İştirakçılara düşərgənin məram və məqsədini açıqladım, onlara düşərgə üçün bloq hazırladığımı və gündəlik işlərimizin bloqa yerləşdiriləcəyini çatdırdım. Facebookda olan səhifəmizlə iştirakçıları tanış etdim. Başqa ölkələrin işlərini və öz işlərimizi iştirakçılara təqdim etdim. İştirakçı ölkələrlə video-konfrans təşkil etdim.
Bu tipli düşərgə dünyanın 18 ölkəsində keçirilir və hər gün bloqda və facebookdakı müzakirə səhifəsində iştirakçılar öz işlərini tərəfdaşları ilə bölüşürlər.
Şagirdlər iki həftə ərzində düşərgədə çox maraqla işlədilər. Onlar « Qadın hüquqları haqqında », « Hüquq pozuntusu olarsa, hüququmuzu necə qoruyarıq », “Könüllülük və dözümlülük haqqında”, “Siyera Leondakı insanlarla ölkəmizdəki insanların həyat tərzi və hüquqları haqqında” öz fikirlərini ingilis və Azərbaycan dillərində yazdılar. Şagirdlər həm də bu mövzularda fikirlərini çəkdiyi rəsmlərlə dünyadakı həmfikirlərinə çatdırdılar.
Layihələrdə iştirak öyrənmənin bir yoludurDüşərgəmiz gün ərzində 2-3 saat davam etdi. Bu müddətdə biz şagirdlərlə müxtəlif səpkili fəaliyyətlər təşkil etdik. Əlbəttə, şagirdlərimiz ingilis dilində diskussiya etdilər, bu da onların dilinin inkişafına xidmət edir. Məntiqi və tənqidi təfəkkürün formalaşdırılması üçün müxtəlif səpkili tədbirlərimiz oldu. Onlar dünyanın bir çox ölkələrindən olan müəllim və şagirdləri ilə fikir mübadiləsi etdilər, qadın hüquqları əsasında müzakirələr apardılar, broşurlər hazırlayıb “Ailə və Uşaqlara Dəstək Mərkəzi”nə getdilər. Onlar Mərkəzdəki fiziki cəhətdən qüsurlu uşaqlarla görüşüb onlara rəsm çəkməyi, yazmağı və parça üzərində muncuqlarla iş üsullarını öyrətdilər. Görülən işləri bloqumuzda yerləşdirdim və tərəf müqabillərimizlə bölüşdük. Bloqumuzun ünvanı budur. Hər kəs tanış olub fikirlərini yaza bilər və həm də bloqumuzda izləyici ola bilər.

Blog

Bu işlərin hamısını kitab şəklində çap edib dünyadakı tərəfdaşlarımız ilə bölüşəcəyik.
Bağlanış mərasimimiz 19 iyunda oldu. Mərasimdə rayon təhsil şöbəsindən metodkabinetin direktoru H. Əsədov, məktəbin direktoru Ş. Rəsulov və direktor müavinləri S. Qəniyeva və D. Yəhyayeva, həmçinin valideynlər də iştirak etdilər. Valideynlər belə düşərgənin onların övladlarının inkişafında mühüm rol oynadığını qeyd etdilər.
İştirakçıları bloqumuzla tanış etdim və hərgünkü işlərimizi onlarla paylaşdım.
Sonra məktəbin direktoru Şəfaqət Rəsulov şagirdlərə və müəllimlərə sertifikatlar təqdim etdi.
Mərasimin sonunda şagirdlərə sorğu vərəqləri payladım. Qoyulmuş suallar şagirdlər tərəfindən cavablandırıldı. Sorğu materialları, şagirdlərin düşərgə ilə bağlı təəssüratları və gördükləri işlər çap olunacaq kitabda öz əksini tapacaqdır. Video lentə alınan bağlanış mərasimi bütünlüklə internetə yerləşdirilmişdir.

Şükufə Nəcəfova,
İsmayıllı şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Şərh Yaz