Razılığa səbəb olan toplantı

Razılığa səbəb olan toplantıAvqust ayının 13-də Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şöbəsində (ARSHXÇDXŞ)hərbiyəqədər gənclər arasından seçilmiş 30 nəfər sürücü namizədlə İsmayıllı Rayon Texniki İdman Klubunda ilk görüş-toplantı keçirilmişdir. Klubun daxili qaydalarına uyğun olaraq gənclər bu tədbirə valideynləri ilə gəlmişdilər. Tədbirdə həmçinin Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəyinin (KHVTİC) İsmayıllı Rayon Texniki İdman Klubunun rəisi Məmmədxan Muradəliyevin dəvət ilə ARSHXÇDX rayon şöbəsinin nümayəndəsi Zahir İsbatov, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Kamil Dadaşov İsmayıllı bələdiyyəsinin üzvü Şahməmməd Soltanov da iştirak edirdilər.
Tdbiri giriş sözü ilə Texnik İdman Klubunun rəisi M.Muradəliyev açdı. O, dəvət olunmuş qonaqları, gəncləri və onların valideynlərini salamladı. Klubun rəisi bildirdi ki, gənclər burada sürücü peşəsilə bərabər hərbin qayda və tələblərini də öyrənə biləcəklər. Həqiqi hərbi xidmət öncəsi belə bir kursu bitirmək gənclər üçün olduqca əhəmiyyətlidir. Burada öyrənilənlər təkcə orduda deyil, həyatda yaşanılan illərdə də faydalı olacaqdır.
Müdavimlərin diqqətinə çatdırıldı ki, təlim zamanı məktəbin daxili qaydalarına tam və ciddi əməl etmək lazımdır. Burada öyrənilən hər bir vərdiş və bacarıq həqiqi hərbi xidmət zamanı olduqca faydalı olur, xidməti asanlaşdırır. Müdavimlərimizin çoxu barədə ünvanımıza təşəkkür məktubları gəlib. Bu, bizi sevindirir və daha məsuliyyətli olmağa sövq edir. Klubun rəisi geniş açıqlamadan sonra müdavimlərə təhsildə və həyatda uğurlar arzuladı.
Çıxış edənlər gənclərə seçdikləri sürücülük peşəsinə ciddi yanaşmağı, texnikanın sirlərinə tam yiyələnməyi, Vətəni, xalqı Milli Qəhrəman Mübariz İbrahimov kimi sevməyi tövsiyə etdilər.
QMƏVŞA İB-nin sədr müavini Kamil Dadaşov orduda sürücülərin üzərinə düşən vəzifələrdən danışdı. Bu peşənin bir çox hallarda önəm kəsb etməsinə aid misallar çəkdi. O, hərbin bugünkü tələblərindən söz açdı. Gənclərə oxuyacaqları kursu müvəffəqiyyətlə bitirməyi, Azərbaycan ordusunda layiqli oğul kimi xidmət etməyi arzuladı. Şəhidlərimizin ruhu xatirinə gənclərə layiqli vətəndaş, qəhrəmanların layiqli davamçıları olmağı xatırlatdı.
Sonda valideynlər klubdakı yüksək tələbkarlığa və nizam-intizama görə M. Muradəliyevə minnətdarlıq etdilər, gənclərə uğurlar arzuladılar. Klubun rəisi müdavimləri və valideynləri maraqlandıran sualları cavablandırdı.
Sürücüluk kursuna cəlb olunmuş müdavimlər üçün valideynlərlə birlikdə təşkil olunmuş ilk toplantıdan iştirakçıların hər biri razılıq etdi.

“İsmayıllı xəbərləri”

Şərh Yaz