Dondurma alarkən nəyə diqqət etməli

Dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, sabitləşdiricilər və sair maddələrdən istifadə olunur. Süd əsasında hazırlandığından tərkibində süd yağı, zülallar, mineral maddələr, vitaminlər və sair vardır.
Əsas dondurma növlərinə südlü, qaymaqlı, plombir, meyvə-giləmeyvəli, ətirli dondurmalar aiddir. Bunların hər birinin əlavələrindən asılı olaraq müxtəlif çeşidləri istehsal edilir.
Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər.

Ədədlə satılan xırda çəkilib-bükülmüş dondurmalar vafli, qapaqlı polistirol və parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır.
Dondurma növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 18 dərəcə Selsidən yüksək olmayan temperaturda aşağıdakı müddətlərdə saxlanıla bilər.
• südlü dondurmalar 1 ay;
• meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay;
• plombir dondurması 2 ay.
Saxlanma temperaturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur.
Dondurma alarkən onun dadına, formasına və saxlanma şəraitinə diqqət edin.
Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristallarının əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətsiz olması deməkdir. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.
Xarici görünüşcə dondurmada kəsmiyəbənzər, qumabənzər köpüklülük əlamətləri olmamalıdır.
Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir.
İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin.
Bu sadə həqiqətlərə əməl etsəniz, ailənizi və özünüzü müxtəlif zəhərlənmələrdən, yoluxucu xəstəliklərdən qorumuş olarsınız. Unutmayın ki, xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asan və ucuzdur.

“İsmayıllı xəbərləri”

Şərh Yaz