Yay istirahəti səmərəli keçir

ATİAHİ Rayon Komitəsi ittifaq üzvlərinin yay istirahətinin səmərəli keçməsi üçün müxtəlif tədbirlər həyata keçirir.

İttifaq üzvlərinin müraciətlərinə əsasən İsmayıllı rayonunun bir qrup təhsil işçisinin Şəki, Zaqatala, Qəbələ rayonlarının tarixi yerlərinə ekskursiyaları təşkil edilmişdir. İstirahət edənlərin bir qrupu isə Şamaxı rayonuna – Milli Elmlər Akademiyasının N.Tusi adına rəsədxanasına ekskursiya etmişlər. Onlar rəsədxana ilə tanışlıqdan sonra rayonun tarixi yerlərini gəzmiş, gözəl havası, təbiəti olan Pirqulu dağını seyr edərək, səmərəli istirahət etmişlər.ATİAHİ Rayon Komitəsi ittifaq üzvlərinin yay istirahətinin səmərəli keçməsi üçün müxtəlif tədbirlər həyata keçirir.
İttifaq üzvlərinin müraciətlərinə əsasən İsmayıllı rayonunun bir qrup təhsil işçisinin Şəki, Zaqatala, Qəbələ rayonlarının tarixi yerlərinə ekskursiyaları təşkil edilmişdir. İstirahət edənlərin bir qrupu isə Şamaxı rayonuna – Milli Elmlər Akademiyasının N.Tusi adına rəsədxanasına ekskursiya etmişlər. Onlar rəsədxana ilə tanışlıqdan sonra rayonun tarixi yerlərini gəzmiş, gözəl havası, təbiəti olan Pirqulu dağını seyr edərək, səmərəli istirahət etmişlər.
Bundan əlavə, Rayon Komitəsinə xəstəlikləri ilə əlaqədar müraciət etmiş 35 nəfərdən çox təhsil işçisinə müxtəlif müalicə sanatoriyalarına göndərişlər vermişdir. Nabran istirahət zonasında istirahətə görə Respublika Komitəsinə sifariş verilmişdir.
Yay istirahəti davam edir.

R.Baloğlanov

Şərh Yaz