Yanlış adlar

(Əvvəli ötən saylarımızda)

Uqra görüşü – başlanmamış bitən döyüş. Kulikovo döyüşündən 100 il sonra – 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xan rus torpaqlarına yürüş etdi. Onun qoşunları ilə Moskva knyazı III İvanın qoşunları Uqra çayı sahilində qarşılaşdılar. Ancaq soyuqlar düşmüş və əlverişli məqam itirilmişdi. Buna görə də Əhməd xan döyüşsüz geri çəkilməyə məcbur oldu. Bununla da Rusiyanın Qızıl Ordadan vassal asılılığına son qoyuldu.
Ulduz ölçüsü – Hələ qədim dövrlərdən ən parlaq ulduzları 1-ci ölçülü, gözlə ən çətin görünənləri isə 6-cı ölçülü ulduzlar adlandırırlar. Bu terminin ulduzların həqiqi ölçüsü və ya parlaqlığı ilə heç bir əlaqəsi yoxdur. O yalnız ulduzlardan Yerə gələn işıq selini xarakterizə edir. Hər ulduz ölçüsü əvvəlkindən 2,5 dəfə fərqlənir. Müasir müşahidə metodları 25-ci ölçülü ulduz-ları aşkar etməyə imkan verir.(Əvvəli ötən saylarımızda)

Uqra görüşü – başlanmamış bitən döyüş. Kulikovo döyüşündən 100 il sonra – 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xan rus torpaqlarına yürüş etdi. Onun qoşunları ilə Moskva knyazı III İvanın qoşunları Uqra çayı sahilində qarşılaşdılar. Ancaq soyuqlar düşmüş və əlverişli məqam itirilmişdi. Buna görə də Əhməd xan döyüşsüz geri çəkilməyə məcbur oldu. Bununla da Rusiyanın Qızıl Ordadan vassal asılılığına son qoyuldu.
Ulduz ölçüsü – Hələ qədim dövrlərdən ən parlaq ulduzları 1-ci ölçülü, gözlə ən çətin görünənləri isə 6-cı ölçülü ulduzlar adlandırırlar. Bu terminin ulduzların həqiqi ölçüsü və ya parlaqlığı ilə heç bir əlaqəsi yoxdur. O yalnız ulduzlardan Yerə gələn işıq selini xarakterizə edir. Hər ulduz ölçüsü əvvəlkindən 2,5 dəfə fərqlənir. Müasir müşahidə metodları 25-ci ölçülü ulduz-ları aşkar etməyə imkan verir.
Util – cır-cındır, sınıq şüşə, paslı dəmir və s. hər cür məişət tullantıları. Bunlar yararsız, faydasız olub, hər yerdə problemlər törətməkdədir. Ancaq “util” sözü latınca faydalı deməkdir. Yəqin ki, gələcəkdə util öz adını tamamilə doğruldacaq. Faydalı qazıntıların ehtiyatları azaldığı və emalı getdikcə daha baha başa gəldiyi üçün util alimlərin diqqətini cəlb etməkdədir. Hər şeydən görünür ki, yaxın gələcəkdə utilin emalı, ondakı faydalı element və maddələri ayırıb təkrar istehsalın sərəncamına vermək adi bir iş olacaq. Dünyada hər il yüz min tonlarla utilin itirilməsi ilə həmişəlik barışmaq olmaz.
Vazelin – neftin emalından alınan məhsul. Vazelin bəzi bərk karbohidrogenləri (parafin, serezin, petrolatum) və ya onların qarışığını sürtkü yağlarında həll edib, sulfat turşusu və ağardıcı gillə təmizləməklə alınan bircinsli məlhəməbənzər kütlədir. Adı almanca wasser – su və yunanca etaion – zeytun yağı sözlərinin birləşməsindən yaranıb. Amma uşaq da bilir ki, vazelin nə sudur, nə də zeytun yağı.
Vermişel – buğda unundan hazırlanmış ip şəklində yeyinti məhsulu. Vermişel hazırlamaq üçün yapışqanlılığı 25 faizdən az olmayan əla növlü undan istifadə edilir. Bu ərzaq məhsulunu Avropaya ilk dəfə venesiyalı məşhur tacir-səyyah Marko Polo gətirib. İtalyanlar formasına görə onu vermiçelli adlandırıblar. Bu söz isə (ürəyiniz bulanmasın) soxulcan mənasını verir.
Vodevil – kiçik həcmli, şən və məzəli səhnə əsəri. Hadisələr əyləndirici, lətifə xarakterli olur və gözlənilməz nəticə ilə bitir. Təsadüfilik çoxdur. Əsərdə mahnı və rəqslər xüsusi yer tutur. Vodevil janrı XVIII əsrin I yarısında Fransada yaranıb. Adı Normandiyadakı Vir çayı ilə (fransızca Van de vire – Vandan axan Vir çayı) bağlıdır.
Volfram – çətin əriyən, açıq-boz rəngli ağır metal. Dövri Sistem-də 74-cü yeri tutan kimyəvi elementdir. Onu 1783-cü ildə ispan kimyaçıları olan dEluyar qardaşları volframat anhidridini kömürlə reduksiya etməklə metal şəklində alıblar və mənası çox qəribə görünən ad veriblər. Alman dilində volfram qurd köpüyü deməkdir. Bu metal 34100 S-də əriyir. Elektrik lampalarının spiralları volframdan hazırlanır.
Yeddiqardaş ilan – Yanlış olaraq qızıl ilanı və sarıqarın təlxəni yeddiqardaş ilan adlandırır və onları daha qorxulu hesab edirlər. Guya onlardan biri öldürüləndə o biriləri qisas almağa çalışır. Amma sarıqarın təlxə tam qorxusuz və zəhərsizdir. Ümumiyyətlə, ilanların 2700 növündən heç biri yeddi yumurta qoymur və ya yeddi bala doğmur. Adətən bu rəqəm 20-25 olur. Bəs yeddiqardaş ilanın varlığına inam nə ilə bağlıdır? Sadəcə olaraq, keçmişdə yeddi rəqəmi çoxluq mənasında işlənirdi.
Yeni ulduz – Qədim və orta əsrlərdə əvvəllər görünməyən, qəfildən peyda olan ulduzları, həqiqətən, yeni əmələ gələn ulduz sanıblar. Sonralar müəyyən edildi ki, bu ulduzlar əvvəllər də mövcud olublar, ancaq çox uzaq olduqlarına görə görünməyiblər. Buna baxmayaraq, “yeni ulduz” termini indi də işlənir.
Hələ də bizə naməlum qalan hansısa proseslər nəticəsində adi gözlə görünməyən bəzi uzaq ulduzlar qəflətən parlaqlıqlarını on min dəfələrlə artırırlar. Belə ulduz nadir hallarda gündüz səmasında da görünə bilir. Müəyyən müddətdən sonra yeni ulduz tədricən əvvəlki parlaqlığına qayıdır və yenə görünməz olur.
Yer kürəsi – Planetimizə verdiyimiz Yer kürəsi adı hər cəhətdən dəqiq deyil. Bizim kosmik evimizin səthinin üçdə iki hissəsindən çoxunu su təbəqəsi təşkil edir. Üstəlik, qurunun 10 faizini də daimi buzlaqlarla örtülüdür. Deməli, planetimiz Su və ya Okean kürəsi adlanmağa daha çox layiqdir. Amma “kürə” sözü də dəqiq deyil. Ən ilkin təsəvvürlərə görə, Yer müstəvi şəklində idi. Homer yeri hamar, Herodot oval formada görürdü. Yeri ilk dəfə kürə sayan Pifaqor olub. Onun fikrincə, kürə ən ideal cisimdir və Yer də ideal cisim kimi kürə formasında olmalıdır. Aristotel və Eratosfen bu fikri təsdiq edən dəlillər gətirmiş, ikincisi hətta Yerin ölçülərini də hesablamışdı. Bu yanaşma təxminən iki min il elmdə hökm sürmüşdür. İ. Nyuton Yerin qütblərdən basıq olması fikrini əsaslandırmışdır. XX əsrin II yarısında aparılmış kosmik tədqiqatlar göstərmişdir ki, Yerin Şimal qütbü Cənub qütbünə nisbətən daha qabarıqdır, yəni o, müəyyən qədər ürəyə bənzəyir. Ancaq Yer heç bir həndəsi fiqura tam oxşamadığına, təkrarsız formaya malik olduğuna görə onu geoid adlandırmaq daha düzgündür.
Yerin oxu – yerin sutkalıq hərəkəti zamanı ətrafında fırlandığı xəyali düz xətt. O, Yerin mərkəzindən keçir və qütblərdə yer səthini kəsir. Yerin öz oxu ətrafında qərbdən şərqə fırlanması 23 saat 56 dəqiqə çəkir. Bu müddət sutka adlanır. Yerin oxu Yerin orbitinə (ekliptika) perpendikulyar deyil, 660 33”-lik bucaq təşkil edir. Buna görə də gah Şimal, gah Cənub yarımkürəsi Günəşə doğru çevrilir və fəsillər əmələ gəlir.
Bütün səma cisimləri (ulduzlar, planetlər, qalaktikalar) öz oxları ətrafında fırlanır.
Yukotan – Mərkəzi Amerikada yarımada. 1517-ci ildə ispan gəmiləri Yeni dünyada naməlum bir yarımadaya yan alır. Səyyahlar sahildəki hindulardan bu yerin adını soruşurlar. Eşitdikləri “tekotan” cavabını səhvən gəmi jurnalında “Yukotan” kimi qeyd edirlər. Sonralar aydın olur ki, “tekotan” sözü yerli hindi qəbiləsinin dilində sizi başa düşmürəm demək imiş.
Yuli təqvimi – e. ə. 46-cı ildən Romada tətbiq edilən tarixin hesablanması sistemi. Bu Günəş təqvimində ilin orta uzunluğu 365,25 gündür. Yuli təqvimində 4-ə bölünən illər uzun (366 gün), bölünməyən illər isə adi (365 gün) sayılır. Xətası 400 ildə 3 gün edirdi. Həmin təqvim Yuli Sezarın əmri ilə tətbiq edildiyi üçün Yuli təqvimi adlanıb. Ancaq onu əsli İsgəndəriyyədən olan yunan astronom Sozigen yaradıb. Bağın bəhəri bağbana yox, ağaya çatıb.
Yüzillik müharibə – İngiltərə ilə Fransa arasında fasilələrlə davam etmiş (1337-1453) müharibə. Səbəbi İngiltərənin XII əsrdən qitədə ələ keçirdiyi ərazilər və Flandriya uğrunda mübarizə idi. 1360-cı ildə fransızlar məğlub olub, ağır şərtli müqavilə imzaladılar. 55 ildən sonra ingilislər yenidən müharibəyə başladılar və 1453-cü ildə uduzub Bordoda təslim oldular.
Beləliklə, “Yüzillik müharibə” ifadəsi hər cəhətdən yanlışdır. Əslində iki müharibə olub: 1337-1360-cı və 1415-1453-cü illərdə. Barışıq dövrü nəzərə alınsa, bu iki müharibə üst-üstə 61 il, nəzərə alınmasa, 116 il davam edib. Əgər bir sıra ölkələr arasında fasilələrlə davam edən hərbi toqquşmalar bir müharibə kimi götürülsə, onda tarix “İkiyüzillik”, “Üçyüzillik müharibələr” çox görüb.
Zincantrop – Tanzaniyanın Oldovay dərəsində qazıntı zamanı tapılmış primat (meymun) qalığı. İlk dəfə ingilis arxeoloqu L. Liki tərəfindən aşkar edilib. Liki onu qədim insan qalığı sayaraq Zinc adamı (Zincantrop) adlandırmışdır. Zinc Şərqi Afrikanın ərəbcə adıdır. Alim ikinci zincantrop qalığını tapandan sonra etiraf etmişdir ki, bu, qədim insan yox, qorillayabənzər meymun olub. Bəxti gətirmək buna deyərlər: meymun ola-ola insan adı ilə mükafatlanasan.

Oqtay İsmayıllı

Şərh Yaz