Növbəti toplantı

Növbəti toplantıSözü kimlərləsə paylaşmağa həmişə mənəvi ehtiyac vardır. Bu ehtiyacdan yaranan bir çox ədəbi məclislərin adları Azərbaycanın ədəbiyyat tarixində bu gün də yaşamaqdadır. “Divani-hikmət”, “Gülüstan”, “Fövcül-füsəha”, “Məclisi-üns”, “Beytüs-səfa”, “Məclisi-fəramuşan”, “Məcməüş-şüara”, “Pərvanə”, “Sözün sorağı” və bu kimi ədəbi məclislər öz dövrlərinin ədəbi qüvvələrinin, şairlərin əsas məsləhət, müzakirə və mübahisə yeri olmuşdur. Bu məclislərin davamı olaraq, hal-hazırda ölkəmizin paytaxtında, eləcə də bir çox əyalətlərdə dövrümüzün ədəbi məclisləri fəaliyyət göstərməkdədir.
Bir neçə gün əvvəl sazın, sözün beşiyi olan İsmayıllı rayonunda fəaliyyət göztərən “Dağ çiçəkləri” ədəbi məclisin növbəti yığıncağı keçirildi. Məclis ənənəyə uğun olaraq yeni üzvlərin tanışlığı ilə başlandı.
Məclis üzvləri – Nazir Ziya (Talıstanlı), Şahməmməd Dağlaroğlu, Xalıq Yusifoğlu, Rüstəm Məbudoğlu, Hüseyn Həsrət, Xatın, Südabə Şeyda, Nailə Yırğançaylı, Türanə Səftərli yeni şeirlərini oxudular. Onlar məclisin mütəmadi fəaliyyət göstərməsinə qayğı və rəhbərliyə görə Nazir Ziyaya (Talıstanlı) dərin minnətdarlıqlarını bildirdilər.

Hüseyn İbadli (www.ibadli.com)

Şərh Yaz