Meyxana ustalarının konserti

Meyxana ustalarının konsertiİsmayıllıdan olan meyxanaçıların bir neçəsinin iştirakı ilə avqust ayının 11-də saat 20:00-da başlanması nəzərdə tutulan konsertə saat yarım ləngimədən sonra start verildi. Toplantı üçün yer İsmayıllı Mədəniyyət evinin qarşısı müəyyən olunmuşdu. Gecikmələrinə baxmayaraq, ismayıllılar qonaqları alqışlarla qarşıladılar.
İlk çıxışlar da elə İsmayıllının, onun təbiətinin və insanlarının tərənnümü ilə müşaiyət olundu.
İsmayıllı sakinlərinin, xüsusilə də gənclərin asudə vaxtlarının səmərəli keçməsi baxımından tədbirin əhəmiyyəti nəzərəçarpan oldu. Ramazan bayramı münasibətilə açıq havada keçirilən bu konsertə xeyli meyxana həvəskarı toplaşmışdı.
Növbə ilə çıxış edənlər – Kamran, Firdovsi, Vüsal, (İsmayıllıdandırlar), Fariz Bərdəli, Elməddin Avaz, Mehdi Masallı, Bəhruz Gəmi, Vasif, Rövşən, Vüsal Dağlı, Həmid, Fərhad Ağcabədi, Elçin və Ağalar İsmayıllı məharətləri müqabilində alqışlara sahib oldular.

Konsertin reklam afişasında əslən İsmayıllıdan olan tanınmış və çox istedadlı meyxana ustası Oqtay Kamilin adını görüb, görüşünə can atanlar sona qədər intizarda qaldılar.

“İsmayıllı xəbərləri”

Şərh Yaz