Sağlam diş uzun ömür, sağlam həyatdır

Sağlam diş uzun ömür, sağlam həyatdırİsmayıllıda stomatologiyanın son illərdəki inkişafı

Ümumilikdə və ayrı-ayrılıqda bədənin üzvləri insanın həyatda varlığına təminat verir. İnsanın sağlamlığında dişlərin böyük, əvəzolunmaz rolu vardır. Ulularımız “Dişin ağrıyır, çək qurtar…” deməsi ilə sanki başqa bir əlacın olmadığını bildirmişlər. Lakin zaman keçdikcə elm, texnika inkişaf etmiş, “Dərd varsa, dərmanı da var” fikri ortaya çıxmışdır ki, bu da bir həqiqətdir.
Stomatologiyada üz-çənə sisteminin normal inkişafının əsas göstəricilərindən biri dişləmdir, yəni dişlərin birləşməsinin mütənasibliyidir. Hazırda bütün dünyada, eləcə də respublikamızda da dişləmin patologiyasının artması qeyd olunur.
Ortodontiya stomatologiyanın ən vacib və aktual sahələrindən biridir. Bu elm diş-çənə anomaliyalarının etiologiya və inkişafını öyrənir, onların diaqnostika, profilaktika və müalicə üsullarını işləyib hazırlayır və təkmilləşdirir.Sağlam diş uzun ömür, sağlam həyatdırÜmumilikdə və ayrı-ayrılıqda bədənin üzvləri insanın həyatda varlığına təminat verir. İnsanın sağlamlığında dişlərin böyük, əvəzolunmaz rolu vardır. Ulularımız “Dişin ağrıyır, çək qurtar…” deməsi ilə sanki başqa bir əlacın olmadığını bildirmişlər. Lakin zaman keçdikcə elm, texnika inkişaf etmiş, “Dərd varsa, dərmanı da var” fikri ortaya çıxmışdır ki, bu da bir həqiqətdir.
Stomatologiyada üz-çənə sisteminin normal inkişafının əsas göstəricilərindən biri dişləmdir, yəni dişlərin birləşməsinin mütənasibliyidir. Hazırda bütün dünyada, eləcə də respublikamızda da dişləmin patologiyasının artması qeyd olunur.
Ortodontiya stomatologiyanın ən vacib və aktual sahələrindən biridir. Bu elm diş-çənə anomaliyalarının etiologiya və inkişafını öyrənir, onların diaqnostika, profilaktika və müalicə üsullarını işləyib hazırlayır və təkmilləşdirir.
Diş-çənə potologiyalarının profilaktikasının ən yaxşı üsulu – uşaqların ümumi stomatoloji və onun tərkibində keçirilməli olan ortodontik dispanserləşdirilməsidir.
Dişlərin pozulması ilə müşayiət olunan bütün diş anomaliyalarının müalicəsi həkim-ortodontlar tərəfindən həyata keçirilir. Daha geniş strukturlara, məsələn, üz sümüklərinə müdaxilə tələb olunduqda müalicəyə ortodontik cərrahlar cəlb olunur.
Sağlam diş uzun ömür, sağlam həyatdırOrtodontik potologiyaların müxtəlif etioloji faktorları vardır. İrsi səbəblərdən başqa, çox hallarda barmağın, dilin, dodağın sorulması, əmzikdən uzun müddət istifadə kimi zərərli vərdişlər də dişlərin və çənələrin inkişafına mənfi təsir göstərir. Burun tənəffüsünün pozulması ilə ortodontik anomaliyalarının əmələ gəlməsi arasında əlaqənin olması da sübut olunmuşdur. Bildiyimiz kimi, təbiət boşluğu sevmir. Ona görə də uşaqlarda dişlər vaxtından əvvəl itiriləndə qonşu dişlər həmin boşluğa tərəf əyilir və nəticədə ortodontik anomaliyaların əmələ gəlməsinə səbəb olur.
Yaxşı olar ki, uşaqlar ortodontun qəbuluna erkən yaşlarında aparılsın. Savadlı həkim dişləmdə pozulma aşkar etdikdə müalicənin erkən və ya bir qədər sonra aparılmasını qərarlaşdırır.
Sağlam diş uzun ömür, sağlam həyatdırBalaca uşaqlarda dişləmin pozulmasını miogimnastika, müxtəlif məşqlər, qidalanmanın və tənəffüsün normallaşdırılması ilə zərərli vərdişləri aradan qaldırmaqla, həmçinin mexaniki və funksional təsirli ortodontik lövhəciklər vasitəsilə düzəltmək mümkündür. Normal dişləmin bərpası daha böyük uşaqlarda və böyüklərdə çıxarılmayan ortodontik texnikaya məlum olan breket sisteminin köməyi ilə artıq həyata keçirilə bilər. Bu sistemə breketlər, dayaq halqaları, tədricən dəyişdirilən güc qövsləri, metal və elastik liqaturalar daxildir.
Dişlərin vaxtından qabaq itirilməsi diş sıralarının deformasiyasına, sifətdə estetikanın korlanmasına, nəticədə digər ziyanlı komplekslərin yaranmasına səbəb olur. Bundan əlavə dişlərin anomaliyaları ağız boşluğu selikli qişasının xəstəliklərinin gedişini ağırlaşdırır, kariyesin əmələ gəlməsini sürətləndirir, diş minasının zədələnməsinə, nitq pozulmasına səbəb olur, diş cərgəsinin protezləşdirilməsini çətinləşdirir və digər problemlər yarada bilir. Belə ki, dişləm düzgün olmadıqda qida ağız boşluğunda düzgün çeynənmir və nəticədə daxili orqanların xəstəliklərinin yaranmasına səbəb olur.
Sağlam diş uzun ömür, sağlam həyatdırYadda saxlamalıyıq ki, bu sahədə müalicə nə qədər tez başlayarsa, nəticələri də bir o qədər tez və uğurlu alınar.
Bir sözlə, diş-çənə anomaliyaları profilaktikasının əsas tədbirləri – vaxtında aparılan diaqnostika, dispanser müşahidəsinə yazılma, habelə, uşaqların anadangəlmə və qazanılmış üz-çənə patologiyalarının mütəxəssis ortodontlar tərəfindən keçirilən kompleks müalicələrdir.
Məlumat üçün bildirək ki, İsmayıllıda ortodontik xidmət göstərən stomatoloji kabinet Rayon Mərkəzi Xəstəxanasında, birinci mərtəbədə yerləşir. Kabinetdə dişlərin düzəldilməsi və çəkilməsi ilə yanaşı uşaqlara ortodontik (diş sıralarında olan qüsurların aradan qaldırılması) xidməti göstərilir. Burada dişlərin müalicəsində müasir breket üsulları tətbiq edilir. Uşaqlara ortodontik xidmət həkim-stomatoloq Lətifə Osmanlı tərəfindən göstərilir.
Elə bu kabinetdə diş qüsurlarının aradan götürülməsində hazırda stomatologiyada geniş tətbiq edilən implantologi xidmət də həyata keçirilir.
İmplant latın sözü olub in- içərisinə, planto- əkmə deməkdir. İmplantlar əksik dişlərin yerini doldurmaq üçün çənə sümüyünə yerləşdirilən, əkilən süni dişlərdir.
İmplantologiyada istifadə edilən metallar orqanizm üçün tamamilə zərərsizdir və təbii dişlər kimi funksiya göstərə bilir.
İmplant nə vaxt qoyulur:
– Qonşu dişləri qorumaq üçün tək diş itirildikdə;
-Bir neçə diş itirildikdə;
-Tam dişsizlikdə çıxan protezddən qaçmaq üçün;
Üstünlükləri:
– Sağlam dişləri yonmağa ehtiyac olmur;
-Sümüyün həcminin azalmasının qarşısını alır;
-Dişlər ağız boşluğunda hərəkətsiz qalır;
– Uzun müddətlidir.
Sağlam diş uzun ömür, sağlam həyatdırSüni diş kökləri (implant) çənə sümüyünə yerləşdirilir. Çənə sümüyünə implant edildikdən 3 ay sonra dişlərin üzəri implantüstü keramika ilə düzəldilir.
Əməliyyat diş çəkilərkən istifadə edilən yerli keyləşdirmə vasitələri ilə aparılır.
İmplant dünya stomatologiyasına 1980-ci ildən gəlib. Azərbaycanda dişlərin bu üsulla bərpasına 1990-cı ildən başlanıb.
İsmayıllıda ilk implant bu il həyata keçirilib. Uğurlu əməliyyat yerinə yetirmək gənc həkim-stomatoloq Murad Osmanlıya nəsib olub. Murad Azərbaycan Beynəlxalq Universitetinin stomatologiya fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra 2 il Respublika Stomatoloji Mərkəzində cərrah-implantoloq Cəfərağa Səmədovun təcrübəsindən bəhrələnib. Bu sahədəki yenilikləri, texnologiyanı dərindən öyrənmək məqsədi ilə gənc həmyerlimiz bir neçə dəfə Türkiyədə olmuş, qardaş ölkənin cərrah-implantlarının iştirakı ilə keçirilən seminarlarda iştirak edib. Türkiyənin Adana şəhərindəki Çukurova Universitetində stomatoloqlar üçün təşkil olunmuş 2 aylıq kursu bitirmək də M.Osmanlının bu sahədəki bilik və bacarığını kifayət qədər artırıb.
Cərrah-implantoloq Murad Osmanlı əmindir ki, dünya səhiyyəsindəki inkişafdan xəbərdar olanlar stomatologiyanın yeniliklərindən istifadəyə də meyilli olacaqlar və sağlam yaşamaq üçün bu sahənin xidmətlərindən istifadə edəcəklər.

Əli Osmanlı,
həkim-stomatoloq

Şərh Yaz