Paşayev Bədrəddin Beydi oğlu

Paşayev Bədrəddin Beydi oğluGözəl insan, təcrübəli həkim, İsmayıllı səhiyyəsinin müdrik ağsaqqalı Paşayev Bədrəddin Beydi oğlu 22 iyul 2012-ci il tarixdə dünyasını dəyişmişdir.
Bədrəddin Paşayev 1916-cı ildə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olmuşdur. 1928-ci ildə kənddəki 5-illik məktəbi bitirmiş, 7-illik təhsilini Qəbələ rayonunun Vəndam kəndində almışdır. O, 1931-1934-cü illərdə Göyçay şəhərindəki Pedaqoji Texnikumda təhsil almışdır.Gözəl insan, təcrübəli həkim, İsmayıllı səhiyyəsinin müdrik ağsaqqalı Paşayev Bədrəddin Beydi oğlu 22 iyul 2012-ci il tarixdə dünyasını dəyişmişdir.
Bədrəddin Paşayev 1916-cı ildə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olmuşdur. 1928-ci ildə kənddəki 5-illik məktəbi bitirmiş, 7-illik təhsilini Qəbələ rayonunun Vəndam kəndində almışdır. O, 1931-1934-cü illərdə Göyçay şəhərindəki Pedaqoji Texnikumda təhsil almışdır. Paşayev Bədrəddin Beydi oğluElə həmin il sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verən B.Paşayev 1939-cu ildə institutun müalicə profilaktika fakültəsini bitirmişdir. Tibb işçisi olaraq o, əmək fəaliyyətinə Kalva kəndində, həkim məntəqəsinin müdiri kimi başlamışdır. İşə yenicə başlamış ordu sıralarına çağırılmışdır. Hərbi xidmətə Ukraynada başlasa da, 1940-cı ilin yanvar ayından Oneqa şəhərində, Finlandiya cəbhəsində xidmət etmişdir.
Böyük Vətən müharibəsi başlayanda cəbhələrdə həkim kimi xidmət edən B.Paşayev qızğın döyüşlərdən birində düşmən gülləsindən yaralanmış və əsir düşmüşdür. Hippokrat andına sadiq qalan həkim əsirin düşərgəsində də xəstələri və yaralıları müalicə etmiş, 1945-ci ildə əsirlikdən qaçaraq, döyüşən sovet əsgərlərinə qoşulmuşdur. O yüzlərlə əsir xəstə və yaralını ölümün pəncəsindən almış, müxtəlif millətlərdən olan beynəlmiləl hospitalda xidmət etmişdir.
1945-ci ilin oktyabr ayında ordudan tərxis olunan B.Paşayev anadan olduğu kəndə qayıtmış, kənd həkim ambulatoriyasının müdiri vəzifəsinə təyin olunmuşdur. O, ömrünün 66 ilini doğma Qalacıq kəndində çox sevdiyi həkimlik peşəsinə həsr etmişdir. B.Paşayev peşəsini dərindən bilən, bacarıqlı, əlləri şəfalı həkim-terapevt olmuşdur. İsmayıllının bir çox kəndlərindən, hətta qonşu rayonlardan xəstələr müalicə olunmaq üçün Bədrəddin həkimin yanına gəlirdilər. O, yüzlərlə həyatdan ümidini üzmüş xəstəni müalicə etmişdir. O, sözün həqiqi mənasında rayondakı tibb işçilərinin təcrübəli məsləhətçisi idi. Onun iş təcrübəsi gənc həkimlər üçün əsil örnək yeri idi.
Rayon Mərkəzi Xəstəxanasının kollektivi Bədrəddin Paşayevin övladlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Qocaman tibb işçisinin işıqlı xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi

Şərh Yaz