Doğum günündə dünyadan köçdü

Doğum günündə dünyadan köçdüFirdiman Fərhad oğlu Əkbərov 1941-ci ilin iyun ayının 21-də İsmayıllıda anadan olmuşdur. Müharibə dövrünə düşən uşaqlıq illərində qidalandığı ana südündə, udduğu havada payına kifayət qədər də ağrı-acı düşmüşdür. Yaşıdları kimi, yeddi yaşının tamamında məktəbə getsə də, bir çoxlarından fərqli olaraq orta təhsilini əla və yaxşı qiymətlərlə başa vurmuşdu. Həmin il Bakı Kooperativ Texnikumuna sənəd verən Firdiman Əkbərov bu təhsil ocağında tələbə adını qazanmışdı.Firdiman Fərhad oğlu Əkbərov 1941-ci ilin iyun ayının 21-də İsmayıllıda anadan olmuşdur. Müharibə dövrünə düşən uşaqlıq illərində qidalandığı ana südündə, udduğu havada payına kifayət qədər də ağrı-acı düşmüşdür. Yaşıdları kimi, yeddi yaşının tamamında məktəbə getsə də, bir çoxlarından fərqli olaraq orta təhsilini əla və yaxşı qiymətlərlə başa vurmuşdu. Həmin il Bakı Kooperativ Texnikumuna sənəd verən Firdiman Əkbərov bu təhsil ocağında tələbə adını qazanmışdı.Doğum günündə dünyadan köçdüÇalışdığı sahədə gördüyü işin xırdalıqlarını belə öyrənmək üçün F.Əkbərov 1965-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı Filialına daxil olmuşdur.
İnstitutda təhsilini Fərqlənmə diplomu ilə başa çatdıran Firdiman uzun müddət İsmayıllı rayon Kənd İstehlak Cəmiyyətində əmtəəşünas vəzifəsində çalışmışdır. İnsanlarla səmimi rəftar edən, ətrafındakıların qayğıları ilə yaşayan bu xeyirxah insan işlədiyi təşkilatda həm də Həmkarlar Komitəsinin sədri olmuşdur.
İşlədiyi idarədə halal zəhməti ilə müdiriyyətin təşəkkürlərini, iş yoldaşlarının dərin hörmət və ehtiramını qazanmaqla o, fəal ictimaiyyətçi, məsuliyyətli işçi olmuşdur.
Firdiman Əkbərovun olduğu hər bir məclisdə səmimiyyət bolluğu aydınca sezilirdi. Bir ata kimi onun başlıca məqsədi tərbiyəli, savadlı övladlar yetişdirmək olub. Beş qızının və tək oğlunun ali təhsil ala bilməsi də elə bu məqsədin nəticəsidir.
Pensiya yaşına çatdıqdan sonra da F.Əkbərovu tez-tez rayonun ağsaqqalları sırasında, onların birgə keçirdikləri məclis və tədbirlərdə görmək olardı. O, rayonda tanıyanlar tərəfindən xətri istənilən, sözü keçən ağsaqqallarımızdan biri idi.
Yaşadığı məhəllədə, ağsaqqallıq etdiyi yerdə Firdiman kişinin böyük hörməti vardı. 1993-1994-cü illərdə Azərbaycanın Milli Müdafiə Fonduna könüllü yardımlar etməsini göstərən qəbzləri görəndə bu insanın həm də böyük vətənpərvər olmasının şahidi oluruq. Göstərilən illərdə bir qayda olaraq, hər ay könüllü şəkildə Vətənimizin qüdrətlənməsi və müdafiə olunmasına maliyyə yardımı etməsi onun əsil vətəndaşlığından və vətənkeşliyindən geniş söz açır.
Bu il anadan olduğu gündə – 71-ci doğum gününü qeyd etməyə yığışmalı olan əzizlərinə Firdiman Fərhad oğlu Əkbərov acılar yaşatdı. Onlar yenə də yığışmışdılar. Amma bu vida mərasimi idi. Dəyərli vətəndaş, qayğıkeş ata, mehriban baba, gözəl ağsaqqal son mənzilə yola salınırdı.
Allah rəhmət eləsin.

Şərh Yaz