Qadınlar üçün məlumat mərkəzi

Qadınlar üçün məlumat mərkəziİyul ayının 17-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) Sülh Korpusu ilə birgə layihəsi ABŞ səfirliyinin maliyyə dəstəyi hesabına reallaşıb
Layihə çərçivəsində İsmayıllı rayonunda Qadın İnformasiya Mərkəzinin (QİM) açılışı olub. Mərkəz müasir kompyuter və avadanlıqlarla təchiz olunub.
İsmayıllı UADM direktoru Lətifə Əliyeva gələn qonaqları salamlayıb, layihənin qadınlarımıza verəcəyi faydadan danışıb. Mərkəzə qadınların cəlb olunmasının əhəmiyyətindən söz açıb. Sonra gələn qonaqlara söz verilib.Ətraflı məlumat üçün…

www.ibadli.com

Rayon İcra Hakimiyyəti başçısının müavini Əzizə Vahabova, Mərkəzi Xəstəxananın baş həkiminin müavini Abdullətif Maqsudov, AREX təşkilatı İsmayıllı rayon İcma Məlumat Mərkəzinin rəhbəri Firdovsi Cavadov, rayon Təhsil Şöbəsinin metodik kabinetinin direktoru Hümbət Əsədov və digər qonaqlar çıxış edib, tədbirə dəvət olunduqları üçün minnətdarlıqlarını bildiriblər. Xoş təəssüratlarını bölüşən qonaqlar layihənin faydasından danışaraq, gələcək layihələrə də uğurlar arzulayıblar.
QİM-in açılışı qırmızı lentin kəsilməsi ilə başlayıb. Layihənin həyata keçirilməsində daha çox əməyi olan Sülh könüllüsü Aleksandra Solomon buradakı işin uğurlu olacağından və mərkəzin qadınların həyatında önəmli rol oynayacağından bəhs edib. Daha sonra mərkəzin metodisti və kompüter kursunun rəhbəri Gülnar Mikayılova görüləcək işlər və keçiriləcək kurslar haqqında qonaqlara geniş məlumat verib.
Rəsmi hissədən sonra qonaqlar diskussiya xarakterli söhbətlərini çay süfrəsi arxasında davam etdiriblər.

Hüseyn İbadov

Şərh Yaz