Görüşlərin faydası

Görüşlərin faydasıİsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun ayrı-ayrı yaşayış məntəqələrində keçirdiyi səyyar görüş-qəbulları rayon əhalisi birmənalı olaraq dəstəkləyir və bəyənir. Bu görüşlər yerlərdə problemə çevrilmiş bəzi məsələlərin mütəşəkkil həllinə istiqamətləndiyindən vətəndaşlar hətta bu qəbildən olan tədbirlərin ərazilər üzrə ildə bir neçə dəfə keçirilməsini də arzulayırlar.
İyul ayının 5-də Lahıc qəsəbəsində keçirilən səyyar qəbul İcra nümayəndəliyinin inzibati binasında baş tutdu. Qəbulda millət vəkili Novruzəli Aslanov da iştirak edirdi.İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun ayrı-ayrı yaşayış məntəqələrində keçirdiyi səyyar görüş-qəbulları rayon əhalisi birmənalı olaraq dəstəkləyir və bəyənir. Bu görüşlər yerlərdə problemə çevrilmiş bəzi məsələlərin mütəşəkkil həllinə istiqamətləndiyindən vətəndaşlar hətta bu qəbildən olan tədbirlərin ərazilər üzrə ildə bir neçə dəfə keçirilməsini də arzulayırlar.
İyul ayının 5-də Lahıc qəsəbəsində keçirilən səyyar qəbul İcra nümayəndəliyinin inzibati binasında baş tutdu. Qəbulda millət vəkili Novruzəli Aslanov da iştirak edirdi.Görüşlərin faydası
Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdili gündən-günə abadlaşan qəsəbənin sakinləri adından başçını və millət vəkilini, onlarla bərabər gələn nümayəndələri salamladı. Qəsəbəyə, onun problemlərinin həllinə ayırdıqları diqqətə görə onlara minnətdarlıq etdi. Rəhbərlik etdiyi kollektivin nailiyyətlərindən danışan H.Haqverdili qəsəbədə müasir tipli məktəb binasının tikintisinə böyük ehtiyac olduğunu qeyd etdi. O həmçinin uşaq bağçasının olmaması üzündən yaranan problemləri açıqladı.
Qəsəbə xəstəxanasının həkimi Sədrəddin İsgəndərov tikintisinə başlanmış yeni xəstəxana binasına görə rəhbərliyə minnətdarlığını bildirdi. O, bu sahədə uzun müddət işlədiyindən, üzləşdiyi çətinliklərdən və hazırkı şəraitdən danışdı. İşdə aydın görünən inkişafı qəsəbənin yolunun rahatlığı ilə əlaqələndirdi. Bir ağsaqqal kimi qəsəbənin bu günə olan əsas problemini qaz yanacağının olmamasında gördü.
Lahıc qəsəbəsinə dünyanın inkişaf etmiş ölkələrindən ildə 20 minə qədər turist gəlir. Onlar burada gördükləri yüksək mədəniyyətlə yanaşı bizim rahat yaşayışımızı görsələr məncə daha yaxşı olar.
Qarabağ müharibəsi əlili Nasur Məmmədov ailəsi üçün tikilmiş fərdi evə görə təşəkkür etdi və binadan daha rahat istifadə üçün burada hamam tikilməsi, istilik sistemi qurulması məsələlərinə toxundu.
Məktəbin müəllimi Rövşən Əliyev Girdiman çayı üzərində Lahıcı ətrafla əlaqələndirmək üçün tikilmiş körpülərin əhəmiyyətindən, onların və ümumilikdə qəsəbənin sel sularından mühafizə məsələsindən danışdı.Görüşlərin faydası
Qəsəbənin sakini Babil Məmmədov bir neçə gün əvvəl burada istifadəyə verilmiş kanalizasiya xəttinin istifadəyə verilməsinə görə minnətdarlıq etdi.
Səyyar qəbulda Qarabağ müharibəsi iştirakçısı Ağahüseyn Abbasov işsizlikdən, Maarif Əliyev yaşadığı evin üstündən yüksək gərginlikli elektrik xəttinin keçməsindən, Məmmədkərim Abbasov məhəllələrindən keçən yolda dərə suyunun boruya alınmamasından gileyləndi.
Şəhid atası Abbas Abbasov 75 sot zəbt torpaq sahəsi olmasını və həmin sahə üçün müvafiq sənədlərin əldə edilməsində çətinliklər olduğunu söylədi.
Qəsəbə sakini Gültəkin Məmmədova bələdiyyədən həyətyanı torpaq sahəsi məsələsində üzləşdiyi problemdən danışdı. Zahid İbrahimov isə həyətyanı sahəsinin hasara alınması məsələsində yaranmış mübahisənin həllində ona hüquqi köməklik göstərilməsini xahiş etdi.
Vətəndaşları dinləyən başçı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Millət vəkili N.Aslanov əhalinin yaşayış səviyyəsi yüksəldikcə, ərazilərdə olan problemlər həllini tapdıqca, keçirilən səyyar görüş-qəbullarda vətəndaşların hər hansı məsələdən ötrü deyil, razılıq etmək üçün növbə tutmalarını ürəkaçan, sevindirici hal kimi dəyərləndirdi. Belə mənzərəni seyr etməyin insana daxili bir rahatlıq bəxş etməsini bildirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz