Gündəmə çıxarılan məsələlər

Gündəmə çıxarılan məsələlərQısa arayış: İsmayıllı rayonunun Ruşan inzibati ərazi dairəsi iki yaşayış məntəqəsini əhatə edir. Dairədəki Ruşan və Vəng kəndləri rayonun qərbində yerləşir və münbit torpaqlara malikdir. Ərazidə 328 təsərrüfat, 267 ev vardır. Əhalinin sayı 1385 nəfərdir və bunlardan 1152 nəfəri daimi yaşayanlardır. Kəndlərin hər birində tam orta məktəb, tibb məntəqəsi vardır. Burada bir poçt və ATS əhaliyə xidmət göstərir.
Vətəndaşların əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Təsərrüfatlarda 1097 baş iri buynuzlu mal-qara, 3836 baş qoyun-keçi və 3990 baş ev quşu bəslənilir.
İyul ayının 10-da RİH başçısı Nizami Ələkbərovun səyyar qəbulu keçirilmişdir.Qısa arayış: İsmayıllı rayonunun Ruşan inzibati ərazi dairəsi iki yaşayış məntəqəsini əhatə edir. Dairədəki Ruşan və Vəng kəndləri rayonun qərbində yerləşir və münbit torpaqlara malikdir. Ərazidə 328 təsərrüfat, 267 ev vardır. Əhalinin sayı 1385 nəfərdir və bunlardan 1152 nəfəri daimi yaşayanlardır. Kəndlərin hər birində tam orta məktəb, tibb məntəqəsi vardır. Burada bir poçt və ATS əhaliyə xidmət göstərir.
Vətəndaşların əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Təsərrüfatlarda 1097 baş iri buynuzlu mal-qara, 3836 baş qoyun-keçi və 3990 baş ev quşu bəslənilir.
İyul ayının 10-da RİH başçısı Nizami Ələkbərovun səyyar qəbulu keçirilmişdir. Gündəmə çıxarılan məsələlər Qəbula gələn kənd sakini Nəbi Əbdülrəhmanov kəndə son vaxtlar içməli su verilməsinə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə kənd sakinləri adından minnətdarlıq etdi və evlərə mavi yanacaq verilməsi məsələsinin vacibliyini diqqətə çatdırdı.
1981-ci ildən Ruşan kəndində yaşadığını bildirən İnqilab Məmmədov başqa kəndlərlə müqayisədə burada bir sıra sosial xidmət sahələrində olan kəsirlərdən söz açdı.
Həşim Səfixanov kəndi elektrik enerjisi ilə təmin edən xətdə dirəklərin çürüyüb sıradan çıxması məsələsinə toxundu. Kənddaxili xətlərin də yararsız vəziyyətə düşdüyünü bildirdi.
Əhali ilə vaxtaşırı görüşlər keçirdiyinə görə RİH başçısına minnətdarlığını çatdıran Vahid Bayramov kənd yolunun asfaltlaşdırılması məsələsini qaldırdı. Teyyub Bayramov da bu məsələyə diqqət yetirilməsini xahiş etdi və Tibb Texnikumunu bitirmiş bacısının işlə təmin olunması məsələsini diqqətə çatdırdı.
Kəndin sakini Dağıstan Xıdırov ərazidə əsas problemin qazın yoxluğunda və kənd yolunun gediş-gəliş üçün çətinliklər yaratmasında gördü.
Şəhid Qərib Məmmədovun adını daşıyan Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Cəfərova bəzi məlumatları açıqladıqdan sonra diqqəti sinif otaqlarının azlığına, idman və akt zallarının olmamasına yönəltdi, uyğunlaşdırılmış binada yerləşən məktəbin təmirə ehtiyacı olduğunu söylədi.
Bir qayda olaraq başçı N.Ələkbərov tədbirdə iştirak edən idarə, müəssisə rəhbərlərinə gündəmə çıxarılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.
Ş.Soltanov

Şərh Yaz