Hüquqi dövlət quruculuğunda mədəniyyətimizin inkişafı

1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan Respublikasının rəhbərliyinə gələndə çoxumuz təxmin etmişdik ki, Azərbaycanda yeni bir tarixin təməli qoyulur. Bütün sahələrdə canlanma başladı. Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına yeni nəfəs, coşqun ruh gəldi. Məhz, həmin dövrdən başlayaraq, o zamanadək SSRİ-nin xammal əlavəsi sayılan neft və qazla zəngin Azərbaycan Sovet məkanının ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda, digər şəhərlərdə və rayonlarda yeni sənaye müəssisələri, ali təhsil ocaqları, mədəniyyət müəssisələri açıldı. Təkcə paytaxtda Heydər Əliyev quruculuğunun nişanəsi olan onlarca nəhəng tikili, sənaye müəssusəsi, mədəniyyət, təhsil və səhiyyə ocağı var. Azərbaycan mədəniyyətinin bugünkü əsası da ötən əsrin 70-ci ilərinin əvvəllərində Heydər Əliyev tərəfindən qoyulub.Hüquqi dövlət quruculuğunda  mədəniyyətimizin inkişafıRespublikamızın iqtisadi bazasının gücləndirilməsi, əhalinin gün-güzaranının yaxşılaşdırılması, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə paralel aparıldı.
O illər Azərbaycanın tarixinə mədəniyyətin də tərəqqi dövrü kimi daxil oldu. Mədəniyyətimizin inkişafı ilə əlaqədar misilsiz işlər görüldü. İstər paytaxtımızda, istərsə də respublikamızın ucqarlarında yüzlərlə kinoteatr, musiqi, təsviri sənət və incəsənət məktəbləri açıldı.
Heydər Əliyevin böyük sənətkarlara qayğısı və məhəbbəti Azərbaycana, vətəninə nəhayətsiz sevgidən qaynaqlanırdı. Məhz onun təqdimatı ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər.
Ulu öndər Azərbaycan müsiqisinin dünya arenasına çıxması üçün əlindən gələni edirdi. Məhz onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan müsiqisi təkcə SSRİ-də deyil, bütün dünyada tanınmışdır.
1969-1982- ci illlərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələr təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası prosesinin hazırkı möhkəm təməlidə Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
1993-cü ilin iyununda xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan mədəniyyətinə yeni nəfəs verdi.
Dövlət müstəqilliyimizin bərpasının ilk illərində bazar iqtisadiyyatına keçidlə əlaqədar yaranmış sosial problemləri dövlət səviyyəsində uğurla həll edən Heydər Əliyev yaradıcı ziyalıların əməyini yüksək qiymətləndirirdi.
Ümumilli liderin 11 iyun 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi incəsənətimizin inkişafının təmin edilməsində tarixi addım kimi dəyərləndirmək olar.
Azərbaycanın xarici ölkələrlə musiqi əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan görkəmli şəxsiyyət Heydər Əliyev musiqimizin dünyada tanınmasına böyük önəm verirdi.
Ümummilli liderin yüksəliş yolunu böyük uğurla yeni nailiyyətlərə aparan prezident İlham Əliyevin Mədəniyyət və Turizm sahəsinin hərtərəfli inkişafı üçün göstərdiyi diqqət və qayğı, bu sahədə qəbul etdiyi qərarlar bir daha təsdiq edir ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır. Ölkəmizin hər guşəsində yüksək keyfiyyət və zövqlə həyata keçirilən tikinti-bərpa işləri, yeni mədəniyyət sarayları, zəngin eksponatlara malik olan muzeylər, müasir tələblərə cavab verən kitabxana-informasiya mərkəzləri yaratdı. Paytaxtımızın gözəlliyinə rəng qatan teatr və konsert salonları dövlət başçısının Azərbaycan mədəniyyətinin tərəqqisi və dünyaya inteqrasiyası istiqamətində gördüyü işlərin bir hissəsidir.
Ölkəmizin zəngin mədəni irsinin dünyada geniş şəkildə tanıdılması, təbliği istiqamətində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun genişmuqyaslı fəaliyyəti dəstək olur. Rayonumuzda tikilən, son illərin uğuru olan mədəniyyət və istirahət parklarına, Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Müzeyinə, işçilərimizin əməyinə verilən qiymətə görə böyük fəxarət duyuruq. Bütün bu qayğılara görə rayonda mədəniyyətin, eləcə də turizmin inkişafı üçün daha əzmlə çalışacağıq.
Təhmuraz Bayramov,
rayon Mədəniyyət mərkəzinin direktoru

Şərh Yaz