Fəallıq artır

7 iyul 2012-ci il tarixdə YAP İsmayıllı rayon təşkilatı “Qadınlar müasir dünyamızda ictimai-siyasi fəallığın yüksəldilməsində aparıcı qüvvədir” mövzusunda tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd etdi ki, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı on minlərlə məsləkli, əqidəli qadınlardır. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib.Fəallıq artırÖz fəaliyyəti dövründə partiyamızın qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşmaqla yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”.
Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərinə sadiqdirlər və ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar.Fəallıq artırAzərbaycanda bilikli və savadlı qadınlar həmişə ön sıralarda olublar, öz fəaliyyətlərində ciddi uğurlar qazanıblar. Onların sırasında alimlərimizdən, müxtəlif sahələrin ziyalılarından tutmuş, sadə peşə adamlarına qədər var. Amma xüsusilə qeyd etməliyəm ki, Azərbaycanda qadınların fəaliyyəti Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra çox intensivləşib. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük cahanşümul işlərə pərvazlandıran, ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci dövlət başçısı olmayıb. Bilirsiniz ki, dövlət qadın siyasətinin müəllifi də ulu öndər Heydər Əliyevdir. Biz çox şadıq ki, prezident İlham Əliyev bu gün Ulu öndərimizin bu siyasətini uğurla davam etdirir. Hazırda Azərbaycan qadını beynəlxalq müstəvidə ölkəmizi, xalqımızı layiqincə təmsil edir. Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxımdan hər bir Azərbaycan qadını üçün bir örnəkdir. Daha sonra Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəfiqə Əzimova, rayon Statistika İdarəsinin məsul işçisi Səfayə Manafova, F.Əzimov adına rayon İncəsənət məktəbinin müəllimi Ceyran Məmmədova və digər çıxış edən natiqlər qeyd etdilər ki, gənclərin sağlam ruhda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında və bütövlükdə, cəmiyyətimizin tərəqqisində qadınlar mühüm rol oynayır. Qadınlara göstərilən diqqət və qayğının nəticəsidir ki, qadınların ictimai-siyasi fəallığı ildən-ilə daha da artır, onlar həm ölkə daxilində, həm də beynəlxalq miqyasda keçirilən tədbirlərdə böyük nailiyyətlər qazanırlar.
İlqar Əhmədzadə

Şərh Yaz