Yeni nəşrlər

Gülmək arzusunda olub, kədərlə əlləşən şair
Dəyərli fikirləri və söhbətləri ilə özünü oxuculara və döstlarına sevdirən hörmətli şairimiz Oqtay İsmayıllının çapdan yeni çıxmış ”Müqəddəs söz günü” kitabı önümdədir. Bu, Oqtayın oxucularla üçüncü görüşüdür. Əvvəlki kitablar “Dodaqla dil arasında” və “Rübailər” adı ilə çap olunmuşdur.Yeni nəşrlərYeni kitabı ümumilikdə üç hissəyə bölmək olar: “Özümlə söhbət”, müxtəlif illərdə dövri mətbuatda dərc olunmuş məqalə və epitetlər, nəhayət, Oqtay İsmayıllının bənzərsiz poeziyasından nümunələr.
İxtisasca filoloq olan Oqtay müəllimin bədii yazılarında, xüsusilə şeirlərində kədər hissi özünü daha qabarıq göstərir. Bu heç də onun şəxsi həyatı ilə deyil, Vətənindən, irqi, milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, acları toxundan, bədbəxtləri xoşbəxtindən çox olan, əyrisi düzəlməyən, yalanı bitməyən bu qoca dünyanın ağrı və acıları, sayı hesaba gəlməz insanların üzləşdiyi, həlli müşkülə çevrilən problemlər, bir sözlə, bəşəri bəlalar ilə bağlıdır. Xülasə, Oqtay gülmək arzusunda olub kədərlə əlləşən şairdir.
Müəllifin yeni kitabını əldə edib oxuyanlar vaxt itirmədiklərini aydın görəcək, onun düşündürən fəlsəfəsi ilə təmasda olacaqlar.
Əsərlərini sevə-sevə oxuduğum, sözün həqiqi mənasında oxucu sevgisinə layiq olan qələm dostumu, yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona yeni, daha mükəmməl yaradıcılıq uğurları arzulayıram.
Xalıq Xalıqov

Şərh Yaz