Əlaqələr möhkəmlənəcək

Belarus Respublikasının Minsk Vilayətinin Nesvij şəhəri ilə İsmayıllı qardaşlaşmış şəhərlərdir. Hər il bir qayda olaraq Nesvij şəhərində keçirilən tədbirlərə rayonumuzun nümayəndə heyəti, eləcə də İsmayıllıda keçirilən tədbirlərə Nesvij şəhərinin nümayəndələri dəvət olunur.
2 iyul 2012-ci il tarixində Nesvij şəhərinin faşist işğalından azad olunmasının 68-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə rayon rəhbərliyi tərəfindən mənim də iştirakıma etimad göstərilmişdi. Əlaqələr möhkəmlənəcəkTədbir yüksək səviyyədə təşkil olunmuşdu. Qonaqlara, xüsusilə də İsmayıllıdan olan nümayəndə heyətinə böyük qayğı və qonaqpərvərlik göstərildi. Tədbirin proqramına əsasən Nesvij şəhərinin idarə və müəssisələrində çalışan işçilərin təntənəli paradı təşkil edilmişdi. Böyük konsert proqramında, sonda atəşfəşanlıqla müşaiyət olunan tədbirdə İsmayıllı nümayəndə heyətinə başçılıq edən İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafayel Əhmədov rayon rəhbərliyi adından Nesvij şəhəri əhalisini və onun timsalında bütün Belorus xalqını bayram münasibətilə təbrik etdi.
Bayram tədbirlərindən sonra fürsətdən istifadə edərək nümayəndə heyətimiz regionla yaxından tanışlıq üçün ayrı-ayrı müəssisələrə təcrübə səfərləri etdik. Çörək zavodu, kolbasa istehsalı kombinatı, rentabelli işləyən kolxozlar, müasir tələblərlə yenidən qurulmuş maldarlıq ferması və digər müəssisələrlə yanaşı təhsil müəssisələrində də olduq.
Belarus təhsili
Belarus Təhsil Nazirliyinin Texniki Peşə Təhsili İdarəsinin müdiri Eduard Qançar və bu ölkənin Peşə Təhsili İnstitutunun rektoru Arkadiy Şklyar bu yaxınlarda rayonumuzs səfər etmiş, İsmayıllı Peşə Tədris Mərkəzi ilə yaxından tanış olmuşlar. Görüşün ardından Belarusyaya səfərim mənə bu ölkənin peşə təhsili ilə tanış olmağıma şərait yaratdı.
Xatırlatmaq lazımdır ki, ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq üzrə Sazişin 2011 – 2012-ci illərdə həyata keçirilməsi barədə Protokol təsdiq edilmişdir.
Protokolala hər iki ölkə arasında peşə və orta ümumtəhsil sistemində tanışlıq və əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkil edilməsi, həmçinin birgə layihələrnin həyata keçirilməsi nəzərdə tutulur.
Bu baxımdan Belarusa səfərim Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.Ələkbərova razılıq və minnətdarlıq bildirilmişdir.
Belarus Respublikasının təhsil sistemi müstəqillik illərində ciddi dəyişikliklərə məruz qalmasa da, islahatların həyata keçirilməsinə də kifayət qədər diqqət yetirilib. Ölkədə 1991-ci ildə “Təhsil haqqında” Qanun qəbul edilib. Əhalinin savadlılıq səviyyəsi 99,7 faiz təşkil edir. İbtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin nisbəti Avropanın inkişaf etmiş ölkələrinin göstəriciləri ilə uyğundur. Dövlət məktəblərinin daha çox olduğu Belarusda təhsilin bütün səviyyələri üzrə təxminən 10 minə yaxın təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində təhsil alanların sayı 2 milyona yaxındır. Təhsil sisteminin qarşısında duran prioritet məsələlərdən biri hamı üçün bərabər təhsil imkanlarının yaradılmasıdır. Məktəbəqədər, orta, texniki peşə, orta ixtisas və ali təhsilə marağı artırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Belarusda ümumi orta təhsil səviyyəsi 3 pilləyə bölünür:
Respublikada 219 texniki peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Bu tədris ocaqlarında 100 mindən artıq şagird təhsil alır. Texniki peşə təhsili müəssisələri ilə yanaşı, tam orta təhsil kolleclərində də peşə təhsilinə istiqamətləndirilmiş xüsusi təhsil təklif edilir. Ancaq həmin kolleclərdə texniki peşə təhsili ilə yanaşı, ümumi orta təhsil proqramı da tədris olunur. 9 illik əsas təhsil bazasını bitirmiş şagirdlər də texniki peşə təhsili ala bilərlər. Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Belarusun iqtisadi həyatında texniki peşə təhsilli kadrlarının özünəməxsus yeri var. 2006-2010-cu illərdə iqtisadi və sosial sahələrdə çalışmaq üçün 236000 nəfər texniki peşə təhsilinə yiyələnib. Texniki peşə təhsilinin inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması üçün müvafiq dövlət proqramı həyata keçirilir, kadr hazırlığında işəgötürənlərin təklifləri nəzərə alınır. Görülmüş işlərin nəticəsidir ki, texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, istehsalat təcrübələrinin daha səmərəli təşkili məsələləri həllini tapır. Texniki peşə təhsili müəssisələrində təhsil alanların 96 faizindən çoxu işəgötürən təşkilatların sifarişi əsasında hazırlanır. Bütün bu məsələləri tənzimləmək üçün işəgötürənlə texniki peşə məktəbləri arasında müvafiq müqavilələr imzalanır.
Texniki peşə təhsili üzrə Belarusun əldə etdiyi təcrübə bir sıra ölkələrdə tətbiq edilməkdədir. Təsadüfi deyil ki, ölkənin bu sahədə qazandığı uğurlar Avropa Təhsil Fondu tərəfindən də yüksək qiymətləndirilir.
İnanıram ki, əlaqələrimiz bundan sonra da genişlənəcək və inkişaf edəcək. Əlaqələr əsasında yaratmış olduğumuz təhsil müəssisələri ilə dostluğumuzla əməkdaşlığımız daha da dərinləşəcək və qarşılıqlı işgüzar mühitdə davam edəcəkdir.
Zaur Muradov,
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru

Şərh Yaz