Yaddas kitabcasi

Kompyuter oyunlarında birinci

Kompyuter oyunları üzrə VII Milli Azərbaycan çempionatının zona mərhələsi iyul ayının 13-də İsmayıllı şəhərində, ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilib. Yarışa başlamazdan öncə kompyuter biliciləri Ulu öndərin mərkəzi meydandakı abidəsi önünə tər güllər düzüblər.Kompyuter oyunlarında birinciZona mərhələsində İsmayıllı, Şamaxı, Qobustan, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağsu və Ağdaş rayonlarının komandaları iştirak ediblər. Hər komandada 8 nəfər olmaqla 72 nəfər bu yarışmada bacarığını sınaqdan keçirib.
Dörd oyun üzrə keçirilən yarışda İsmayıllı komandası birinci yeri tutub. Bu qələbə komandamıza kompyuter oyunları üzrə respublika birinciliyində iştirak etmək hüququ qazandırıb.
Qalib komandalar və fərdi üstünlük qazanan oyunçular rayon Gənclər və İdman İdarəsinin Diplomları, eləcə də qiymətli hədiyyələri ilə təltif olunublar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz