Müstəqilliyi qoruyaq, gücləndirək

İyun ayının 22-də YAP İsmayıllı rayon təşkilatında Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə təşkilatın sədri Əzizə Vahabova açdı. Dəyirmi masanın gündəliyinə uyğun olaraq, o, Azərbaycan tarixinin müstəqilliyimizlə bağlı səhifələrinə müraciət etdi. Tədbirdə iştirak edənlərin gənclər olduğunu nəzərə alan natiq onlara müstəqilliyimizin qorunmasında və gücləndirilməsində hüquq və vəzifələrini xatırlatdı.Müstəqilliyi  qoruyaq, gücləndirəkDəyirmi masanın gedişində iştirakçılardan Əsgər Manafov, İlham Vahabov gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindən danışdılar.
Əlamətdar gün münasibətilə rayonun ictimai həyatında fəallıqlarına görə gənclərdən Ramin Cəbiyevə, Vüsal Baratova və Rəhim Həsənova YAP İsmayıllı rayon təşkilatının Fəxri fərmanları təqdim olundu.
“İsmayıllı xəbərləri”

Şərh Yaz