Yüzüncü nömrə!

Qəzet işinə, mətbuata yaxından bələd olmayanlar üçün bu, sadəcə, sıradan bir rəqəmdir. Ömrünün 35 ilini qəzetə həsr etmiş bir insan üçünsə bu, bir dünyadır! Gecəsi də gündüz olan, hər dəqiqəsi beyin işi, əl əməyi istəyən bir dünya! Aylar, illər keçir, nömrələr üst-üstə qalaqlanır, oxucu gözünün əvəzsiz nurunu, əlinin yorulmaq bilməyən hərarətini özündə cəmləyən o qəzeti vərəqləyir, özünə lazım olanı oxuyur və sonra… Yüzüncü nömrə!Bu, tarixən yazılmış qəzetlərin yazılmamış nəsibidir – elə ona görə də qəzet ömrünü kəpənək ömrü ilə müqayisə edirlər. Amma qəzet tarixdir, bir elin, bir obanın tarixi.
Artıq 5-ci ildir ki, İsmayıllımızın tarixini “İsmayıllı xəbərləri” yazıb tarixə qatır. 4 il 6 ay və 100 nömrə! Bu, uğurdur, qardaş, uğurunuz mübarək! Çətin qəzetçilik yolunda inamla irəliləyən, qələmdaşlar, gözünüz nurlu, qələminiz daim yazar olsun!
Hədsiz hörmət və ehtiramla, qələm yoldaşınız:
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz